Türkiyədən peyvəndlə bağlı ŞAD XƏBƏR: noyabrın əvvəlində…

Almaniyanın biotexnologiya şirkətinin hazırladığı COVID-19 peyvəndinin 3-cü mərhələ sınaqları Türkiyə və ABŞ-da baş tutacaq.

AzərMedia.az xəbər verir ki, sınaqlarda səhiyyə işçiləri də könüllü qismində iştirak edəcək.

Türkiyə Səhiyyə Nazirliyi sınaqları universitet və şəhər xəstəxanalarına aid 9 mərkəzdə keçirəcək. Proses 10 sentyabrda start götürəcək, sentyabrın sonunda tamamlanacaq.

Səhiyyə Nazirliyi peyvəndi sağlam və müxtəlif yaş qruplarına aid könüllülər üzərində sınadıqdan sonra noyabrın sonuna qədər ilkin nəticələri əldə edəcək. Peyvəndlənən min könüllüdən müəyyən fasilələrlə qan analizi götürüləcək və virusa qarşı antitel əmələ gəlib-gəlmədiyi yoxlanılacaq.

Qeyd edək ki, peyvəndin ilk 2 mərhələsində 7 min nəfər iştirak edib. (publika.az)

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •