Ukrayna Ermənistanla aviasiya əlaqələrini KƏSDİ

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Kiyevdən Ermənistanın paytaxtı Yerevana təyyarə reyslərini ləğv edib.

AzərMedia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə şirkət öz Facebook səhifəsində yazıb.

“Bu addımlar Ermənistanda hərbi vəziyyət və səfərbərliyin elan olunması ilə bağlıdır” – deyə açıqlamada deyilir.

Bununla belə, Ukrayna Azərbaycana planlaşdırılan aviareysləri ləğv etməyib./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •