Virus barədə həqiqət və yalan: Mütəxəssislər bir-birini təkzib edir

“Koronavirus dünyada hələ bir neçə il də davam də bilər”.

Azərmedia.az xəbər verir ki, bunu Lion Universitetinin Beynəlxalq İnfeksiya Tədqiqatları Mərkəzinin mütəxəssisi Bryun Lin bildirib.

Onun sözlərinə görə, sadə üsullarla koronavirus və adi qrip arasındakı fərqi bilmək mümkün deyil. Həkim bu zaman ancaq müraciət edən şəxsin koronavirus yayılan bölgədən gəlməsi və ya ordan gələnlərlə təmasda olmasına diqqət yetirməli olduğunu vurğulayıb: “Ancaq insanlarda heç bir simptom müşahidə edilməyə də bilər. Yaxud onlarda yoluxma faktı ancaq bu simptomlar aşkarlandıqdan qısa müddət sonra təsdiqlənər”.

Mütəxəssis qaynar içkilərin virusdan qoruduğuna dair yayılan informasiyaların da həqiqətə uyğun olmadığıı vurğulayıb. Həmçinin, 35 dərəcə isti olan ölkələrdə virusun qeydə alınmadığı barədə informasiyalarla razılaşmayıb.

Xatırladaq ki, dünyada koronavirusdan artıq 4 min nəfər ölüb. 116 min nəfər virusa yoluxub.   /Cebhe.info/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •