Yeni tədris ilində dərslər necə təşkil olunacaq? – VİDEO

Təhsil prosesi mart ayının 3-dən etibarən ölkənin bütün orta ümümtəhsil və ali təhsil müəssisələrində, dayandı. Bundan sonra alternativ təhsilalma forması tətbiq edilməyə başladı. İstər Təhsil Nazirliyinin  “teledərs”, “virtual məktəb” layihələri ilə tədris prosesi həyata keçirilməyə başladı. Bu, müəyyən qədər əlçatanlığı təmin etdi. Ancaq istənilən effekti verdiyini deyə bilmərik. Artıq bütün suallar yeni tədris ilinin necə başlayacağına yönəlib.

Təhsil eksperti Kamran Əsədov Baku TV-yə müsahibəsində bildirib ki, yeni tədris ilinin onlayn qaydada, distant başlaması mümkün deyil. Bütün hallarda qanunvericiliyin tələbinə görə, sentyabr ayında orta ümümtəhsil müəsisələri və eyni zamanda ali təhsil müəsisələri açılacaq. Amma hansı formatda açılması mübahisəli olaraq qalır.

İlkin olaraq isə dərs prosesinin qısaldılması və tənəffüs fasiləsinin bir qədər uzadılması təklif olunur. Təhsil prosesi bərpa olunsa da, şagirdlərin mütamadi olaraq qoruyucu vasitələrdən istifadə etməsi, məktəb binasına daxil olarkən onların temperaturunun ölçülməsi, məsafəli oturması və növbələr arasında məktəblərin dezinfeksiya olunması nəzərdə tutulub. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Musa Qasımlının sözlərinə görə, bütün bunların fonunda orta ümumtəhsil müəssisələrinin fəaliyyətə başlaması mümkündür.

Almaniyada və digər Avropa ölkələrində həmin prinsiplərlə təhsil prosesinin bərpası nəzərdə tutulub. Hətta Yaponiyada uşaq bağçaları qeyd olunan prinsiplərlə fəaliyyətə başlayır. Belə ki, orada 1-3 yaşlı uşaqlar bir bağçada, 3-5 yaşlı uşaqlar isə digər bağçada təlim-tərbiyə prosesində iştirak edirlər.

Valideynlər də sentyabrda normal təhsil prosesinin başlanılmasının tərəfdarıdır.

Ümid edirik ki, irəli sürülən təkliflər qəbul olunaraq, yeni dərs ilindən ölkəmizdə təhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək. Bizə isə veriləcək qərarı gözləmək qalır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •