O hansı Fonddur ki, zərərə işləyir?.. - 134 milyon funt-sterlinqə alınan bina 3 ildir təmir olunur
Araşdırma
Oxunub: 117
7 Ara 2021 | 11:16
O hansı Fonddur ki, zərərə işləyir?.. - 134 milyon funt-sterlinqə alınan bina 3 ildir təmir olunur

Dövlət Neft Fondunun (DNF) 2022-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının verdiyi rəydə maraqlı məlumatlar yer alıb. Sənəddə qeyd olunur ki, gələn il 10 milyard 589,7 milyon manat proqnozlaşdırılan büdcənin 2,2 milyard manat kəsirlə formalaşacağı gözlənilir.

Hesabatda Fondun xaricdə aldığı əmlakların idarə olunmasından gəlirlərin olduqca aşağı olması, bəzi investisiyaların isə gəlirsiz olması diqqət çəkib. Qeyd edək ki, DNF valyuta ehtiyatlarının təxminən 2.7 milyard dollarını bu sahəyə yönəldib. Bu vəsait hesabına London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 133,75 milyon funt sterlinq təşkil edən ofis kompleksi, Moskvada biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 milyard 038,1 milyon rubl təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi, Parisdə Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,3 milyon avro təşkil edən daşınmaz əmlak kompleksi və Tokioda dəyəri 56,742 milyard yapon yeni olan binalar alınıb.

Hesablama Palatası bildirir ki, Londonda yerləşən daşınmaz əmlakda 2018-ci ildə başlayan təmir işləri hələ də davam edir, bu səbəbdən icarəçi yoxdur. Gələn il də eyni səbəbdən gəlir gözlənilmir. Xatırladaq ki, bu binaya 134 milyon funt-sterlinq (200 milyon dollar) dövlət vəsaiti xərclənib. Onun illər uzunu təmir olunması, gəlir gətirməməsi suallar doğurur. Dövlət vəsaitinə bu yanaşma nədən qaynaqlanır?

İqtisadçı alim Nazim Bəydəmirli Pressklub.az-a bildirib ki, Neft Fondunun vəsaitlərinin necə idarə olunduğu ilə bağlı suallar tez-tez səslənir. “Daşınmaz əmlakın aşağı gəlirliliyi, yaxud, zərərlə işlədiyi barədə izahatlar bir şərtlə qəbul edilə bilərdi ki, qızıl, xarici valyutalar, istiqrazlara yatırılan səhmlərdən gələn gəlirlər yüksək olsun. Bunu vətəndaşlar normal hal kimi qarşılaya bilərdi”,-ekspert qeyd edib.

N. Bəydəmirli vurğulayır ki, Neft Fondu Çinin, Rusiyanın, Türkiyənin və s. ölkələrin iqtisadiyyatına yatırım edir, amma Azərbaycan iqtisadiyyatına bunu etmir: “Fondun vəsaitləri büdcəyə transferlər və birbaşa ayırmalar vasitəsi ilə korrupsiya yeminə çevrilir. Normal idarəetmə olsaydı, təbii ki, onun aktivlərinin gəlirliliyi bizim xaricdən aldığımız borclardan artıq olmalı idi. Çünki bəzi xarici borclar var ki, illik 6-7 faizlə götürülüb, amma Fondun illik gəlirliliyi 1 faizdən də azdır. Keçən il bu rəqəm 1 faizinin yarısından da az, 0.4 faiz idi. Norveçin Neft fondu illik 6-7 faiz gəlir əldə edirsə, deməli, burada idarəetmə problemi var. Məlumdur ki, idarəetməyə verilən vəsaitlər hansısa konsaltinq şirkətlər vasitəsi ilə həyata keçirilir. Məlum olur ki, Fondun nominal gəlirləri göstərilsə də məsləhətçi şirkətlərə ödənişlər etdikdən sonra çox cüzi görünür. Beləliklə, Neft Fondu başqa ölkələrin iqtisadiyyatına töhfə verir, amma Azərbaycana yox”.

Müsahibimiz hesab edir ki, burada korrupsiya amili rol oynayır: ” Fond statistik məlumatı açıqlayır, rəqəmləri təqdim edir və şəffaflıq olduğunu bəyan edir. Amma əslində belə deyil. Eyni audit şirkətlərinin illərlə fondun fəaliyyətinə rəy verməsi, eyni məsləhətçi şirkətlərlə əməkdaşlıq, bahalı ofis binası, külli miqdarda xərcləmələr korrupsiyadan xəbər verir. Nəticədə Fond gerçəkdən ehtiyac olan sahələrə vəsait qoymur. Belə görünür ki, bu DNF Azərbaycanın inkişafında maraqlı deyil. Bunu elan etməsələr də qəbul olunan qərarlardan bunu aydın seçmək mümkündür”.

N. Bəydəmirli Neft Fondundan heç bir gözləntisinin olmadığını da əlavə edib: “Azərbaycan onun hesabına xarici maliyyə qurumlarından borc ala bilir, həmin vəsaitlər də müxtəlif investisiya layihələri adı altında mənimsənilir. Yəni, fond girov qismində Azərbaycana xidmət edir…”

İqtisadçı Natiq Cəfərli də bildirir ki, Hesablama Palatasının açıqladığı hesabatda Neft Fondunun aldığı əmlaklarla bağlı kifayət qədər diqqət çəkən məqamlar var: “Sənəddə daşınmaz əmlakdan əldə olunan gəlirlərin çox aşağı olduğu görünür. Bunun bir səbəbi onunla bağlıdır ki, xaricdə müxtəlif əmlaklar alınan zaman bazarlarda gedən proseslər nəzərə alınmır. Məsələn, bəzi ölkələrdə əmlakın qiymətində artım yox, enmələr müşahidə olundu. Moskvada qiymətlər aşağı düşdü, London, Paris kimi şəhərlərdə isə artım sürəti xeyli zəiflədi. Son zamanlar nisbi artım qeydə alınıb, ola bilsin, gələn ilə daxilolmalarda dəyişiklik olsun və gəlir artsın. Hesab edirəm ki, əmlakların idarəçiliyi Fondun özü tərəfindən həyata keçirilməməlidir. Dünyada bu sahədə ixtisaslaşmış ciddi şirkətlər var. Bu, həm dünya bazarlarının konyukturundan asılı olmayaraq stabil gəlir gətirməsini təmin edə bilər. Həm də təmir, saxlanılma kimi izafi xərclərin azalmasına səbəb olar. Ona görə də hesab edirəm, nəzarətində olan daşınmaz əmlaklar Fondun idarəçiliyindən çıxarılmalıdır”. //pressklub.az//
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb