Vaksin ürək xəstəliyi yaradır? – “Belə hal gənclərdə müşahidə edilir”
Araşdırma
Oxunub: 196
9 Haz 2022 | 10:00
Vaksin ürək xəstəliyi yaradır? – “Belə hal gənclərdə müşahidə edilir”

Koronavirus əleyhinə peyvəndlərin yan təsirləri barədə müxtəlif fikirlər səsləndirilir. İddialara görə, COVID-19 peyvəndləri bəzi insanlarda ürək xəstəliklərinə, bir çox hallarda ölümə səbəb olur.
Belə iddiaların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün həkim-kardioloq Üzeyir Rəhimovla əlaqə saxladıq.
Tanınmış həkim bildirib ki, koronavirusa yoluxmuş xəstələrdə ürəkətrafı zər iltihabı çox olur. Ancaq indiyədək ölüm hallarına rast gəlinməyib:
“Dünyada aparılmış tədqiqatlar var ki, bunların heç birində vaksinin ürəyə ziyan vurub, ölümə səbəb olduğu qənaətinə gəlinməyib. Azərbaycanda belədir ki, insanlar isbat olunmamış məsələləri danışmağı çox sevirlər. Əslində, bu tək bizim insanlarımıza xas deyil, bir çox ölkələrdə belə hallar var. Ancaq bilinməlidir ki, dünyada bunun üçün araşdırmalar aparılır. Məsələn, İsraildə 5 milyon insanın peyvənddən sonrakı nəticələrini açıqlamışdılar”.
Həkimin sözlərinə görə, peyvənd vurulan insanlarda, xüsusilə də gənclərdə ürəkətrafı zər təbəqələrinin iltihabı müşahidə edilir:
“Ancaq peyvənd olunmayanlarda bunun olma ehtimalı on dəfə çoxdur. Yəni əgər peyvənd vurulmasa, COVID xəstəliyi olsa, o zaman həmin insanlar ağır miokardit və perikardit keçirəcəklər, yəni çox ağır ürək xəstəsi olacaqlar. Peyvəndin yan təsiri miokarda, yəni ürək əzələsinin iltihabı və ürək çatışmazlığına səbəb ola bilər. Ancaq bu çox nadirdir, əsasən gənclərdə müşahidə edilir. Əksəriyyəti də sağalır”.
Həkimin fikrincə, dünyada istifadə olunan elə peyvəndlər var ki, onlardan bəziləri bəlli yaş qruplarında tromb yaradır. Bu səbəbdən peyvəndlərin həmin yaş qrupu insanlar üçün istifadəsi qadağan edilib:
"Ancaq bizim də istifadə etdiyimiz məşhur "Pfizer" peyvəndində bu təsir çox nadirdir. Bir məsələni qeyd edim ki, peyvənd olunanlarla, peyvənd olunmayanlar arasında çox böyük uçurum var. "Pfizer" peyvəndi vurulan şəxslərin koronavirusdan ölmə ehtimalı çox azdır. "Peyvənd vurduq, tromb meydana gəldi" kimi fikirlər reallığı əks etdirmir. Peyvənddən sonra halı pisləşənlər ürək xəstəliyi, damarında tutulma olan insanlardır, yaxud infarkt keçirib ölmə ehtimalı olan şəxslərdir. Yəni COVID-19 peyvəndi vurulan sağlam adam ölməz. Ürək-damar sistemində problemi olan insan dünyasını dəyişə bilər. Məsələ bundan ibarətdir ki, peyvənd vurmasa da, bu xəstə ölə bilər”.
Ü.Rəhimov xüsusilə “Pfizer” peyvəndinin daha effektiv olduğunu söyləyib:
“Ancaq "AstraZeneca" peyvəndi 70 yaş üzərində insanlarda tromb yaratdığı üçün bəzi ölkələrdə istifadəsi qadağan olunub. Ancaq "Pfizer"də belə hal yox idi. Ona görə də dünyada ən çox istifadə edilən məhz bu peyvənddir. Çin peyvəndinə gəlincə, ölü virus peyvəndi olduğu üçün qoruyuculuğu da azdır. Yəni, bir dərmanın, peyvəndin qoruyuculuğu nə qədər çoxdursa, yan təsirləri də bir o qədər çox ola bilər.
Peyvəndi nə üçün vururuq? Əlbəttə, insanlar xəstələnəndə sağ qalsın deyə. Peyvənd isə öz vəzifəsini layiqincə yerinə yetirir. Mən şəxsi təcrübəmdə peyvəndlə əlaqədar pisləşən insan demək olar ki, görməmişəm. Bunu izah etmək çox çətindir. Bir insanın iki həyatı olsa, yəni həyatını geri qaytarıb peyvənd vurdurmasa, bəlkə də COVID-ə yoluxub öləcək. Bunu peyvəndə bağlamaq doğru deyil. "Pfizer" peyvəndi nə infrakt, nə miokarditin artmasına səbəb olub. Amma COVID-19 xəstəliyinin xüsusiyyəti nədir? Heç ürək-damar sistemində problem olmasa da, ayaq damarlarında tromb yaradır. Bu, virusun yan təsiridir”.
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb