Ağ ciyərləri təmizləyən QİDALAR
Araşdırma
Oxunub: 247
7 Tem 2022 | 10:00
Ağ ciyərləri təmizləyən QİDALAR

Siqaret çəkənlər mütləq oxumalıdırlar!
Siqaret çəkən adamlar öz orqanizmlərini tədricən zəhərləyirlər. Onların ilk növbədə ağciyərləri mənfi təsirə məruz qalır. Hər nəfəsalma zamanı daxilə gedən siqaret tüstüsü ağciyərləri xaricdən örtən kiçik tükcüklərin mikroskopik yanmalarına, atrofiyalaşmasına və ölməsinə səbəb olur. Nəticədə isə ağciyərlərə qərtan toplanır və selik əmələ gəlir ki, bu da xroniki öskürməyə səbəb olur.
Ağciyərləri örtən tükcüklər özünəməxsus bərpaedici xüsusiyyətə malikdir. Onların yenidən bərpa olunması üçün siqaretdən imitina etmək kifayətdir.
Siqareti ata bilməyənlər üçün isə yaxşı xəbər var. Belə ki, ağciyərlərdəki nikotin qətranını təmizləmək üçün 4 qida maddəsindən istifadə etmək kifayətdir. Ağciyərləri necə təmizləmək lazımdır?
Ağciyər zədələnmələrindən yalnız siqaret çəkənlər əziyyət çəkmir. Şəhər əhalisinin ağciyərləri demək olar ki, hər gün maşınlarda havaya buraxılan zəhərli qazlardan və kirli havadan da zədələnir. Buna görə də məqaləni diqqətlə oxuyub bu qidalardan istifadə etmək lazımdır.
1 Qreypfurt
Bu sitrus meyvəsinin tərkibi hüceyrələrin fəaliyyətini yaxşılaşdıran antioksidantlarla zəngindir. Qreypfurtun tərkibində olan maddələr hüceyrə toxumalarının zəifləməsinin qarşısını alır və onların inkişafını sürətləndirir. Mütəxəssislər siqaret çəkənlərə ağciyər riskini aradan qaldırmaq üçün tünd turşu dadına malik olan qreypfurt yeməyi məsləhət bilir.
2 Sarımsaq
Sarımsaq yüzlərlə xəstəliyi müalicə edir. O oraqnizmə müalicəvi təsir göstərir və sağalmanı sürətləndirir. Ağ ciyər xəstəliklərinin müalicə və profilaktikası üçün sarımsaq yemək çox faydalıdır.
3 Zəncəfil
Zəncəfil antibakterial və virus əleyhinə təsirə malikdir. Zəncəfil damarları genişləndirir, bəlğəmi xaric edir və bronxial kanalların regenerasiyasını sürətləndirir.
4 Yerkökü
Yerkökü A, C, E, K və B qrup vitaminləri ilə zəngindir. A vitamini hüceyrələrin və epitel toxumalarının vəziyyətini yaxşılaşdırır. Ağ ciyər toxumalarına dəyən nikotin zəhərlənmələrini təmizləmək üçün yerkökünü çiy halda yemək lazımdır. Yerkökü şirəsi isə insan sağlamlığı üçün lazım olan vitamin və mineral deposudur.
Əgər siz iradənizə üstün gəlib siqareti atmısınızsa, o zaman ağciyərlərinizi təmizləyin. Bu qidalardan istifadə etmək sizin ağciyər funksiyanızın bərpasına və yaxşılşamasına səbəb olacaq. Bu zaman siz yaxşılaşmanı beyin fəaliyyətinizdə, dad reseptolarınızda hiss edəcəksiniz. Bu zaman siqaret qoxusu sizi özünə cəlb etməyəcək və ağzınıza qoyduğunuz hər bir qidanın dadı sizə xoş təsir bağışlayacaq.
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb