2050-ci ilin insanı BELƏ OLACAQ...
Araşdırma
Oxunub: 410
2 Ağu 2022 | 14:00
2050-ci ilin insanı BELƏ OLACAQ...

Dünya sürətlə yenilənir. Texnologiyaların inkişafı təkcə dünyanın düzənini deyil, həm də insanların yaşayış tərzini, həyata baxışını də dəyişir. Etiraf edək ki, 20-30 il əvvəlin insanı ilə indiki nəsil eyni deyil. Ortada çox ciddi fərq mövcuddur. Heç şübhəsiz ki, 30 il sonrakı insanlar da təsəvvür edə bilmədiyimiz qədər fərqli olacaqlar.
İnsanların dəyişkənliyinə təsir edəcək əsas amillər iqlim şəraiti, təbiət hadisələri, iqtisadi və siyasi problemlərdir. Bütün bunların təsirindən yeni, həm də tamamilə fərqli düşüncəli insanlar dünya göz açır.
Maraqlıdır, 2050-ci ilin insanı necə olacaq? İndiki vaxtla müqayisədə həmin dövrdəki insanların düşüncə tərzi, fiziki görkəmi, psixoloji durumu necə dəyişəcək?
Mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, insanlar artıq Qərb və ya Şərq adət-ənənələri ilə inkişaf etməyin, yaşamağın mümkün olmadığını, bunun müəyyən məhdudiyyətlər yaradacağını hiss edir:
“2050-ci adamında həm Qərb, həm də Şərq mədəniyyətinə maraq olacaq, davranışlar hər iki mədəniyyəti özündə ehtiva edəcək. İnsanlar başa düşəcəklər ki, indiyə kimi olan hərəkət ancaq böhranlara aparır. Üstünlük verilirdi ki, sivilizasiyalar mütləq toqquşmalıdır, yaxın 10 ildə başa düşəcəklər ki, bu, dünyanın məhvi yoludur. 2050-ci ilə qədər dünyada yeni fəlsəfi görüşlər olacaq. Bu fəlsəfi görüşlər dünyada xalqlar, insanlar arasında ahəngdar münasibət rolunu oynayacaq. Bu da birbaşa insanların mədəniyyətinə, davranışına təsir edəcək. Dünya sürətlə inkişaf edir, insanlar başa düşürlər ki, artıq uçurumun kənarındadırlar. Sistemli düşüncə tərzinə uyğun olaraq görəcəklər ki, dünyanın inkişafı üçün hər bir xalq potensialını ortaya qoymalıdır”.
Sosioloqun fikrincə, 2050-ci ilə qədər insanların fiziki görkəmi zəifləyəcək:
“Səbəb ekologiyanın korlanmasıdır. Kənd yerində təmiz hava qəbul edənlərin sayı azalır, immunitet getdikcə zəifləyir. Buna görə də insanlarda zəifləmə prosesi gedəcək, bunu artıq indidən ölkəmizdə hiss edirik. Fikir verirsinizsə, gənclərin çoxu çəlimsizdir. Bunlar havanın çirklənməsindən, meyvə-tərəvəzin geninin dəyişməsindən, bədən üçün əhmiyyətli olan yeməklərin məhdudlaşmasından irəli gəlir. 30 ilə qədər bu məsələləri həll etmək olmaz. İnsanların xarici görünüşü getdikcə zəifləyəcək, daha çəlimsizləşəcəklər”.
Psixoloq Aytən Ələkbərova isə düşünür ki, sürətli texnologiya ilə dəyişən dünyada 30 il sonrakı insanlar soyuqqanlı və robotlaşmış olacaq:
“2050-ci ildə yaşayanlar qayğı ehtiyaclarına cavab verməyəcək insanlar olacaq. İndidən qayğısız olmağa başlamışıq. Birinin problem olanda, intihar edəndə, bunu çəkib yayımlayırıq, həmin insana yardımçı olmuruq. İnsani xüsusiyyət olaraq ona yardım etmək istəmirik, özümüz üçün video çəkib paylaşırıq.
Bu gün heç birimiz deyə bilmərik ki, mən soyuqqanlı deyiləm. Soyuqqanlılıq hamımızda var. Getdikcə belə insanların sayı daha da artacaq. Gedişat bunu göstərir. Robotlaşmağa doğru addımlayırıq, bəlkə də 2050-ci ildən daha tez bu proseslərin şahidi olacağıq. Fiziki görkəmcə insanlar daha əsəbi, aqressiv bir cizgiyə malik olacaqlar. Zaman keçdikcə insanlar daha da zəifləyəcək. Bütün bunlar onu deməyə əsas verir ki, psixoloji olaraq da insanlar çox dəyişəcək. Mülayim xasiyyətli insanların sayı həddən artıq azalacaq”.
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb