“Fast food”, qazlı sular və enerji içkilərinin FƏSADLARI
Araşdırma
Oxunub: 420
22 Ağu 2022 | 15:00
“Fast food”, qazlı sular və enerji içkilərinin FƏSADLARI

Son illər müasir texnologiyaların geniş tətbiqi həyatımıza çoxsaylı üstünlüklər gətirməklə yanaşı, müəyyən fəsadlara da yol açır. Bunlardan biri də insanların qidalanması ilə əlaqədardır. Belə ki, gərgin iş qrafiki, vaxt çatışmazlığı səbəbindən bir çoxumuz hazır və yarımfabrikat qidalara üstünlük veririk. Ənənəvi ailə institutunda baş verən dəyişikliklər, qadınların kişilərlə bərabər aktiv iş həyatına atılması, nəticədə evlərdə xörək hazırlanmasının ikinci plana keçməsi də bu məsələdə öz sözünü deyir.
Bütün bunlara ekologiyanın korlanmasını, nəticədə hava və suyun keyfiyyətinin aşağı düşməsini, eləcə də geni dəyişdirilmiş ərzaq məhsullarının geniş yayılmasını əlavə etsək, xoşagəlməz mənzərə tamamlanmış olur. Bu kontekstdə ortaya çıxan bir çox fəsadların önündə isə müxtəlif mədə-bağırsaq xəstəlikləri gəlir. Xüsusilə yay fəslində bu məsələ daha çox aktuallıq kəsb edir. Çünki qazlı sulardan və enerji içkilərindən geniş istifadə olunur. Bu tip xəstəliklərə daha dəqiq diaqnozunun qoyulması üçün endoskopik müayinəyə ehtiyac duyulur. Nəzərə alsaq ki Ümumdünya Səhiyyə Təşkilatının protokollarına əsasən, hətta heç bir şikayət olmadan da 45-50 yaş arasında hər kəs mütləq endoskopik müayinələrdən keçməlidir, onda bu metodun insan həyatı və sağlamlığı üçün nə qədər əhəmiyyət kəsb etməsi aydın olur. Amma əksər hallarda pasiyentlər endoskopik müayinə olunmaqdan imtina edir, qorxduqlarını söyləyirlər. Bu səbəbdən qastroenteroloqlarımız maarifləndirmə işlərinin aparılmasına, pasiyentlərlə söhbətə xeyli zaman sərf etməli olurlar.



Mədə-bağırsaq xəstəlikləri, onların yaranma səbəbləri və müayinə üsulları haqda məlumat almaq, bizi maraqlandıran məsələlərə aydınlıq gətirmək üçün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qastroenteroloqu Fərahim Məmmədzadəyə müraciət etdik.



F.Məmmədzadənin bildirdiyinə görə, mədə-bağırsaq patologiyasının aşkarlanması üçün endoskopik müayinələrin tətbiqi dünyada qızıl standart kimi qəbul olunub: “Əsasən qastroskopiya və kolonoskopiya müayinə üsullarından geniş istifadə edirik. Məlum olduğu kimi, qastroskopiya ilə həzm sisteminin üst hissəsini – qida borusunu, mədəni, oniki barmaq bağırsağını müayinə etmək mümkündür. Bu üsul vasitəsilə qarın ağrısını, mədə-bağırsaqda qanaxma şübhəsini, anemiyanı, iltihabı, həzm sistemi xərçəngini və başqa simptomları aşkar etmək olur. Xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün qastroskopiya müayinəsi zamanı şübhəli bilnən yerlərdən biopsi götürülür”.
Həkim qastroskopiya müayinəsinin yaşından asılı olmayaraq hər kəsə tətbiq edildiyinə diqqət çəkdi. Amma bəzi xəstəlikləri olanlara məsləhət görülmədiyini bildirdi. Belə xəstələr sırasında ağır ürək xəstəlikləri olanları, insult keçirmiş şəxsləri misal çəkdi: “Belə xəstələrin qastroskopik müayinəsi yalnız həkim göstərişindən sonra ola bilər”.
F.Məmmədzadə kolonoskopiya müayinə üsulundan da söhbət açdı. Qeyd etdi ki, kolonoskopiya yoğun bağırsaq xəstəliklərini müayinə etmək üçün bir üsuldur: “Prosedur mikrokameralı fibrokolonoskopun köməyilə aparılır. Kolonoskopiya zamanı zond anusdan daxil edilir və fibrokolonoskopun kamerası ilə çəkilən təsvir monitorda göstərilir. Bu müayinə vasitəsi ilə gizli qanaxmanı, iltihab, şiş və digər patologiyaları müəyyən etmək olur”.
Pasiyentlərin endoskopik müayinələrdən çəkinməsi ilə bağlı sualımızı cavablandıran həkim, istər qastroskopiya, istərsə də kolonoskopiyanın qorxulu olmadığını vurğuladı. Bildirdi ki, müayinələr zamanı pasiyentlər ağrı hiss etməsin deyə, onlara heç bir əlavə təsiri olmayan yuxugətirici dərmanlar vurulur. Qastroskopiya müayinəsi təxminən 5, kolonoskopiya müayinəsi isə patologiyadan asılı olaraq 15-30 dəqiqə çəkir.
Mütəxəssis mədə-bağırsaq xəstəliklərinin yaranma səbəbinin əsasən düzgün qidalanmama, əsəb gərginliyi, ekoloji vəziyyət və s. ilə əlaqəli olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, son zamanlar iltihabi bağırsaq xəstəlikləri arasında xoralı kolit və kron xəstəlikləri geniş yayılıb: “Xoralı kolit və kron - mədə-bağırsaq traktının ciddi orqanik xəstəlikləri olub, bağırsağın selikli qişasında iltihab yaradır. İnsanların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salan bu xəstəliklərə ən çox inkişaf etmiş ölkələrdə rast gəlinir. Bu xəstəliklərin yaranma səbəbi barədə isə konkret fikir söyləmək mümkün deyil. Xoralı kolit xəstəliyi yalnız yoğun bağırsağı zədələdiyi halda, kron xəstəliyi mədə-bağırsaq traktının istənilən şöbəsini, daha çox isə nazik və yoğun bağırsaqları zədələyir. Odur ki, mədə və bağırsağında narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir. Unutmaq olmaz ki, vaxtında aşkar edilən hər hansı xəstəliyi müalicə etmək daha asan və daha tez başa gəlir”.
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb