Şəhid polkovnikin qanlı paltarı qardaşına təqdim olunacaq
Gündəm / Sosial / Video
Oxunub: 115
28 Ekm 2023 | 16:02
Şəhid polkovnikin qanlı paltarı qardaşına təqdim olunacaq

10 iyul 2018-ci ildə Gəncə şəhərində bir qrup radikal şəxsin törətdiyi iğtişaşlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasovun eksertiza üçün götürülmüş qanlı paltarları və digər əşyaları onun qardaşı Hacı Tahir Abbasova təqdim olunacaq.

Reyting.az-ın əldə etdiyi məlumata görə, Baş Prokurorluqdan Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasova zəng vuraraq mərhum qardaşına aid əşyaları şənbə günü təhvil almağı xahiş ediblər.
Şəhid polkovnikin qanlı paltarı qardaşına təqdim olunacaq

Hacı Tahir Abbasov faktı Reyting.az-a təsdiqləsə də, bu məsələdən danışmaqda çətinlik çəkdiyini deyib:

“Gəncədəki qanlı qarşıdurma zamanı xəncər qardaşımın ürəyini parçalamışdı, indi isə onun qanlı paltarını qəbul etmək mənim ürəyimi parçalayır. Heç bilmirəm, o əşyaları necə qəbul edib, onlara necə baxacam, evimizə necə aparacam. Bu məsələ mənim və ailəmizin digər üzvlərinin qəlbini parçalayır. Buna dözmək çox çətindir, bu məsələdən danışa bilmirəm, xahiş edirəm məni üzrlü sayasınız. Allah bütün şəhidlərimizə rəhmət, əzizlərinə səbr versin”.

Qeyd edək ki, Gəncədəki ixtişaşlar zamanı iki polis zabiti - polkovnik-leytenant Səməd Abbasov və polkovnik İlqar Balakişiyev şəhid olublar. Azərbaycan prezidenti İlham Əliyev onları ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.

Heqiqetcarcisi.az
Dün, 18:03
Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq
Dün, 17:40
ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi
Dün, 16:59
Alen Simonyanın anti-Rusiya çıxışına Moskvadan cavab göndərilib
Dün, 16:31
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Dün, 16:05
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Dün, 15:26
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Dün, 14:56
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Dün, 14:09
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Dün, 13:47
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Dün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Dün, 12:18
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Dün, 11:41
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Dün, 11:17
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Dün, 10:45
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Dün, 09:57
General-mayor vəfat etdi
Dün, 09:29
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 09:02
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 19:04
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
25-04-2024, 18:35
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25-04-2024, 16:25
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:43
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:10
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:35
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:11
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
25-04-2024, 12:33
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
25-04-2024, 12:15
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
25-04-2024, 11:38
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq