Müştərilərin depoziti ilə “TikTok”da hədiyyə alırmış... - 158 min manat batdı
Gündəm / Hadisə
Oxunub: 33
21 Şub 2024 | 22:05
Müştərilərin depoziti ilə “TikTok”da hədiyyə alırmış... - 158 min manat batdı

“Bank Respublika”nın Sabirabad filialının əməkdaşı Rail Hüseynovun məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, o, sözügedən bankda korperativ müştərilər üzrə baş mütəxəssis vəzifəsində çalışarkən əmanətçilərin 158 min 969 manatı mənimsəməkdə ittiham olunub.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, 2022-ci ilin əvvəllərindən “TikTok”da “azrail.313” adlı səhifə açıb. Bu zaman Rail göndərilən hədiyyələrin nağdlaşdırıla biləcəyini öyrənib. Bundan başqa, ona pul qoyulmaqla alınan virtual hədiyyənin dəyəri olan pulu 2 ay ərzində geri qaytara biləcəyi də məlum olub.

Belə ki, hədiyyə alınandan 2 ay ərzində qeyd edilən sosial şəbəkəyə müraciət edib həmin hədiyyənin səhvən alındığı bildirilib pulun geri qaytarılması xahiş edilir, bundan sonra həmin hədiyyənin dəyəri tam şəkildə istifadəçiyə qaytarılır. Belə olan halda, istifadəçi həm hədiyyəyə xərclədiyi, həm də ayrı-ayrı istifadəçilərdən aldığı hədiyyəninin pulunu alır.

O, bu formada daha çox qazanc əldə edəcəyini düşünüb, hətta qeyd etdiyi prosesi bir neçə dəfə az məbləğlərlə yoxlayıb və uğurlu olub. Bundan sonra o, daha böyük məbləğlərlə bu işi görmək qərarına gəlib.

Müştəriləri seçərkən o, depozit hesabını yeni açmış və bitmə müddətinə müəyyən qədər qalmış müştəriləri seçib.

Bu məqsədlə, o, bankda əməliyyatlar zamanı istifadə edilən və bütün müştərilərin məlumatları qeyd edilmiş “Sfera proqram”ında qeyd edilən 8 şəxsin depozit müqavilələrini xitam verib. Əslində isə qaydalara əsasən, belə xitam üçün vətəndaşın müvafiq müraciəti olduqdan sonra, onun müqaviləsinə “Sfera proqram” təminatında xitam verilir. Həmçinin xitamdan sonra avtomatik xitam ərizəsi çap edilir və həmin vətəndaşa imzalatdırılaraq iş qovluğuna qoyulur.

O, həmin şəxslərin müqavilələrini xitam edəndən sonra ərizələrini özündə saxlayıb ki, onlar banka müraciət edəndə onlara imzalatdırsın.

Rail 2023-cü ilin yanvar-may ayları ərzində yuxarıda qeyd edilən formada ayrı-ayrı müştərilərin bankda olan depozit müqavilələrini xitam edərək depozit hesabdakı pul vəsaitini öz hesabına köçürüb “TikTok” sosial şəbəkəsində hədiyyələr alıb. Qeyd olunan şəxslərin depozit müqavilələri xitam edildikdən sonra, cari hesabdakı pulun hamısını məxaric etməyib, bir hissəsini saxlayıb və aylıq ödəniş məbləğində həmin şəxslərin kart hesablarına göndərib ki, şübhələnməsinlər.

Sonradan o, pul köçürüb hədiyyələr aldıqdan sonra köçürdüyü pul vəsaitini geri qaytarmaq istəsə də, buna nail ola bilməyib. Buna səbəb onun həmin hədiyyələri platformanın elektron mağazasından deyil, saytından alması olub.

O, belə bir qaydanın olduğunu əvvəlcədən bilməyib və bu səbəbdən də, aldığı hədiyyələri qaytarmaq mümkün olmayıb. Bundan sonra, o, götürdüyü pul vəsaitini də geri qoya bilməyib.

Daha sonra bankın monitorinq xidməti tərəfindən aparılan yoxlama zamanı qeyd edilən faktlar aşkarlanıb və bu səbəbdən o, işdən çıxarılıb.

Etdiyi bu əməl nəticəsində işlədiyi banka təxminən ittihamda göstərilən miqdarda - 158.969,0 manat ziyan dəyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bugün, 13:04
Rəisinin dəfn tarixi və yeri açıqlandı
Bugün, 12:44
Sabah 24° isti olacaq
Bugün, 11:56
İran rəsmiləri yasda... - FOTOLAR
Bugün, 11:09
Lerikdə polis mayoru qəfil vəfat etdi
Bugün, 10:36
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bugün, 10:06
Rəisini daşıyan helikopter ABŞ istehsalı imiş - DETALLAR
Bugün, 09:40
Bakının iki qəsəbəsində qaz olmayacaq
Bugün, 09:03
İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib
Bugün, 08:35
Bakının bir sıra yollarında tıxac yaranıb
Bugün, 08:03
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
18-05-2024, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
18-05-2024, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
18-05-2024, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:00
Təbrik edirik!
18-05-2024, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
18-05-2024, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
18-05-2024, 12:52
Sabah hava belə olacaq
18-05-2024, 11:35
Özünü asan qız son anda xilas edildi
18-05-2024, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
18-05-2024, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
18-05-2024, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL