“Tapançanı satdım, sonra Elşən özü də tutuldu”
Gündəm / Hadisə
Oxunub: 20
30 Mrt 2024 | 11:23
“Tapançanı satdım, sonra Elşən özü də tutuldu”


Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Fazil Mustafanın göndərdiyi ərizə elan edilib. Millət vəkili ərizəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib.

Prosesin davamında ikisi polis əməkdaşı olmaqla 4 nəfər şahid ifadə verib.

Şahid Xəyyam Musayev özü də həbsdədir. O, bir müddət əvvəl qanunsuz soyuq silah saxlamaqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Konvoyun müşayiəti ilə məhkəməyə gətirilən şahidi bu işə bağlayan müttəhim Rəşad Əhmədovdan silah almasıdır.
“Tapançanı satdım, sonra Elşən özü də tutuldu”

Şahidin dediyinə görə, R.Əhmədov Fazil Mustafanın güllələnməsindən sonra üstündə gəzdirdiyi tapançanı saxlaması üçün ona verib. O isə həmin silahı 800 manata başqa adama satıb.

İttihamda deyilir ki, Rəşad Əhmədova həmin silah ona görə verilibmiş ki, Səbuhi Şirinov Fazil Mustafanı vura bilməsə, o hazır olsun: “Rəşad uşaqlıq dostumdur. Tapançanı mənə saxlamağa görə vermişdi. Bir neçə gün sonra dedim ki, bu silahı satım getsin. Elə də etdim. Elşən adlı bir tanış var idi. Razılaşdıq, tapançanı 800 manata ona satdım. Heç nə, sonra Elşən özü də tutuldu”.

Polis əməkdaşları Rəşad Əhmədovun qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs qismində tutulmasından danışıblar. Şahidlərin hər ikisi eyni məzmunlu ifadə veriblər. R.Əhmədov haqda polisə əməliyyat məlumatı daxil olub, məlumat əsasında şübhəli şəxsi tutaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər.

Cinayət işi üzrə şahid qismində tanınmış şəxslərdən biri də Tünzalə Kərimovadır. Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev tərəflərin razılığı ilə xanım şahidin istintaqa verdiyi ifadəsini elan edib.

Tünzalə Fazil Mustafanın qonşusudur. Deputat güllələnən vaxtda Tünzalə evdə olub, atəş səsini eşidib: “Güllə səsini eşidən kimi hamama qaçdım. Hamamın “fortuşka”sından bayıra baxanda soldan boyu təxminən 170-175 sm hündürlüyündə kişi gördüm. Əynində qara rəngli paltar, başında kapüşon qaçırdı. Hava qaranlıq olduğuna görə üzünü görə bilmədim”.
“Tapançanı satdım, sonra Elşən özü də tutuldu”

Bununla da iş üzrə tanınmış cəmi 10 nəfər şahiddən 9-nun ifadəsi başa çatıb.

Aprelin 5-i sonuncu şahid dindiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Təqsirləndirilən 5 nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərovə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan edilib.(“Qafqazinfo”)
Bugün, 08:35
Bakının bir sıra yollarında tıxac yaranıb
Bugün, 08:03
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
18-05-2024, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
18-05-2024, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
18-05-2024, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:00
Təbrik edirik!
18-05-2024, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
18-05-2024, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
18-05-2024, 12:52
Sabah hava belə olacaq
18-05-2024, 11:35
Özünü asan qız son anda xilas edildi
18-05-2024, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
18-05-2024, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
18-05-2024, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar