XİN-dən 31 Martla bağlı BƏYANAT
Gündəm / Siyasət
Oxunub: 19
30 Mrt 2024 | 23:58
XİN-dən 31 Martla bağlı BƏYANAT


Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.

Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam qurbanlarının Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair etirafı, yerlə-yeksan edilmiş yaşayış məntəqələri və mədəniyyət abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub. Lakin AXC-nin süqutu, baş verən hadisələrin tam şəkildə araşdırılmasının, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu.

Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu ölkənin Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə törədilən etnik təmizləmə və soyqırımı cinayətləri, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri azərbaycanlılara qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərdi.

Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Dün, 21:47
İsrail diplomatlarını Türkiyəyə geri döndərir
Dün, 21:19
Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb
Dün, 20:53
Argentina dəmir yolu sahəsində fövqəladə vəziyyət elan edəcək
Dün, 19:03
Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Dün, 18:18
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
11-05-2024, 16:41
Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL
11-05-2024, 16:16
Prezidentin festivaldakı çıxışının - Videosu
11-05-2024, 15:32
Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır
11-05-2024, 14:48
Ceyhun Bayramovun Mirzoyanla görüşünün detalları açıqlandı
11-05-2024, 14:41
Sabah şimşək çaxacaq, dolu düşəcək
11-05-2024, 12:36
Prezidentlə xanımı “Xarıbülbül” Festivalının açılışında
11-05-2024, 10:54
Gədəbəydə evin həyətində meyit tapıldı
11-05-2024, 10:33
Əli Əsədov Mixail Mişustini Rusiya hökumətinin sədri təyin olunması münasibətilə təbrik edib
11-05-2024, 10:02
NATO rəsmisi: Rusiyanın alyansa hücum imkanı yoxdur
11-05-2024, 09:06
HƏMAS: İsrailin addımları səbəbindən Qəzza danışıqları dalana dirənib
10-05-2024, 19:34
“Qafqazda aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır” - Prezident
10-05-2024, 19:10
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi bəlli olub
10-05-2024, 18:42
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
10-05-2024, 00:14
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
9-05-2024, 14:39
Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”
9-05-2024, 14:05
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
9-05-2024, 13:28
Sumqayıtda mənzildən meyit tapıldı
9-05-2024, 12:53
Şəkinin icra başçısının müavini vəfat etdi
9-05-2024, 11:57
150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı
9-05-2024, 11:25
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
9-05-2024, 10:51
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO
9-05-2024, 09:40
Faşizm üzərində qələbədən 79 il ötür