Bakı nə zaman İran səfirini XİN-nə çağıracaq? – Ceyhun Bayramov üçün Varşava nümunəsi
Gündəm / Siyasət
Oxunub: 352
24 Mrt 2021 | 12:46
Bakı nə zaman İran səfirini XİN-nə çağıracaq? – Ceyhun Bayramov üçün Varşava nümunəsi
Polşa Xarici İşlər Nazirliyi dünən Belarusun Varşavadakı səfirini çağıraraq Belarusdakı Polyaklar Birliyinin rəhbəri Angelika Borisin Qrodnoda tutulması ilə əlaqədar etiraz notası verib.

Ovqat.com xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin veb saytında yayımlanan bəyanatında bildirilir.

Bəyanatda rəsmi Minsk Belarusdakı Polyaklar Birliyinin sədrini ən qısa müddətdə sərbəst buraxmağa və polyak azlığı nümayəndələrinin özbaşına təqibinə son qoymağa çağırılıb.

Nazirliyin bildirdiyinə görə, Belarus diplomatiyasının təmsilçisinə bunun Minskin hərəkətlərinin milli azlıqları qorumaq üzrə beynəlxalq öhdəliklərə və polyak azlığın milli hüquqları barədə ikitərəfli anlaşmalara zidd olduğu "birmənalı" şəkildə çatdırılıb.

"Belarusdakı Polyaklar Birliyinin fəaliyyəti Polşa mədəniyyətini və ənənələrini qorumaq, Polşa təhsilini dəstəkləmək və polyak dilini öyrənmək məqsədi daşıyır", - mesajı verilən bəyanatda bildirilir ki, Angelika Borisin həbsi "polyakların bu ölkədən qovulmasına bərabərdir".

Qeyd edək ki, dünən Belarusdakı Polyaklar Birliyinin rəhbəri Angelika Borisin Qrodnoda saxlanıldığı məlum olub. O, Facebook səhifəsində "Leninski Rayon Daxili İşlər Şöbəsinə gedirəm" yazdıqdan sonra yoxa çıxıb. Polşa Xarici İşlər nazirinin müavini Markin Przidaçın sözlərinə görə, Polşa konsulu dərhal Borisin olduğu yerə gedib və həbsin səbəblərini öyrənir.

Belarusdakı Polyaklar Birliyi, rəsmi Minsk tərəfindən qeydiyyata alınmayan, ölkədəki ən böyük Polşa təşkilatıdır. Belarus hökuməti tərəfindən rəsmi olaraq tanınan parçalanmış bir qanada paralel olaraq fəaliyyət göstərir. Polşa isə Minskin qeydiyyata aldığı təşkilatı yox, Angelika Borisin rəhbərlik etdiyi Belarusdakı Polyaklar Birliyini öz diasporunun rəsmi təmsilçisi kimi tanıyır.

İki ölkə arasındakı gərginlik 2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkilərdən sonra daha da pisləşib. Son həftələrdə isə özünün kuliminasiya nöqtəsinə çatıb. Minsk bu ilin 9 martda Polşanın Brestdəki Baş Konsulluğunun konsulu Yeji Timofeyukun ölkədən qovulduğunu elan edib. Səbəb Timofeyukun 28 fevral tarixində Polşada gizli fəaliyyət göstərən anti-kommunist təşkilatların keçirdiyi "Lənətə gəlmiş əsgərlər günü"nə həsr olunmuş bir tədbirdə iştirakı olub. Bir diplomatin “qeyri-rəsmi tədbir”də iştirakından qəzəblənən Belarus XİN onu “persona non grata” elan edib.

Polşa Xarici İşlər naziri 2 gün öncə Avropa İttifaqındakı həmkarlarını Belarus müxalifətini yeni hakimiyyət kimi tanımağa və ona maliyyə yardımı verməyə çağırmışdı.

Maraqlıdır ki, İranda milyonlarla Azərbaycan türkü yaşayır və onların vəziyyəti heç də Belarusdakı polyaklardan daha ürəkaçan deyil. Bəs, Ceyhun Bayramov həzrətləri nə zaman İran səfirini XİN-nə çağıracaq?
18-05-2024, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
18-05-2024, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
18-05-2024, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:00
Təbrik edirik!
18-05-2024, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
18-05-2024, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
18-05-2024, 12:52
Sabah hava belə olacaq
18-05-2024, 11:35
Özünü asan qız son anda xilas edildi
18-05-2024, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
18-05-2024, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
18-05-2024, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb