Oxşarlar - İkisi də Azərbaycanda tanınmış diplomatdır - FOTO
Gündəm / Araşdırma
Oxunub: 182
12 May 2022 | 09:00
Oxşarlar - İkisi də Azərbaycanda tanınmış diplomatdır - FOTO


Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.

Budəfəki oxşarladan bir tanınmış azərbaycanlı, digəri isə Azərbaycanda çalışan əcnəbidir. Amma onların hər ikisi peşəkar diplomatdır.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim uzun illərdi diplomatiya sahəsində çalışır.

Əslən Lənkəran rayonu Kənarmeşə kəndindən olan Xəzər İbrahim 30 may 1978-ci ildə anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə ali təhsil alıb, sonra ABŞ-ın Corctaun Universitetində magistr dərəcəsinə yiyələnib. 2000-2001-ci illərdə Romada NATO-nin Müdafiə Kollecində ali kursda iştirak edib.

O, Bakıdakı Xəzər Universitetində “Azərbaycanın xarici siyasəti” və “Post-Sovet Azərbaycan siyasəti” üzrə dərs deyib.

1998-2002-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar və Təhlükəsizlik məsələləri idarələrində müxtəlif vəzifələrdə çalışıb, ikitərəfli hərbi-siyasi münasibətlər, NATO məsələləri, silahlara nəzarət, tərksilah və çoxtərəfli təhlükəsizlik məsələləri ilə məşğul olub.

2002-2005-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində çalışıb, hərbi-siyasi, siyasi və ictimai diplomatiya məsələlərindən məsul olub.

2005-2006-cı illərdə Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi idarəsində çalışıb.

2007-2009-cu illərdə Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini, daha sonra mətbuat xidmətinin rəhbəri olub.

2009-2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində nümayəndəliyin rəhbərinin müavini işləyib.

2011-2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyinin rəhbəri olub.

2017-2021-ci illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri postunu tutub.

26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfiri təyin edilib.

Evlidir, bir oğlu, 3 qızı var.

Xəzər İbrahimin oxşarı Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkodur.

Peter Mixalko 2021-ci ilin avqustunda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin edilib.

Peter Mixalko bu təyinatadək Avropa İttifaqının Moldova Respublikasındakı nümayəndəliyinin rəhbəri olub. O, daha əvvəl Slovakiyanın Yunanıstan Respublikasındakı səfiri vəzifəsində çalışıb.

Diqqətlə baxanda Xəzər İbrahimlə Peter Mixalkonun zahiri görünüşündə, saç düzümündə, sifət cizgilərində, baxışlarında xeyli bənzərlik görmək mümkündür. Onların hətta boy-buxununda da oxşarlıq müşahidə olunur.

Bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb