İldə bir dəfə olan tədbirə görə hotellərdə qiymətlər “əl yandırır”
Gündəm / Araşdırma
Oxunub: 266
8 Haz 2022 | 15:00
İldə bir dəfə olan tədbirə görə hotellərdə qiymətlər “əl yandırır”


"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində yarışların başlamasına sayılı günlər qalıb. Ölkəmizə gəlməsi gözlənilən turistlərin bir qismi artıq Bakıdadır, bir qisim turist isə hələ də qalmaq üçün yer axtarır. Əksər turistlərin hotellərdə qalacağı gözlənilir. Amma bu sektordan artıq qiymət artımı ilə bağlı xəbərlər gəlməkdədir. Belə ki, hotellərin bu ərəfədə qiymətlərini olduqca yüksəyə qaldırdığı bildirilir. Bəs bu hal normaldırmı?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, "Formula 1" yarışlarının keçirilməsi ümumilikdə Azərbaycanın tanıdılması, o cümlədən, turizmin inkişafına dəstək olaraq əvəzedilməz töhfə verməkdədir. O bunu "Formula 1" yarışlarının TV azarkeşlər auditoriyasının 600 milyon insandan çox olması ilə əsaslandırıb.

Qiymətlər məsələsinə gəlincə S.Dübəndi bildirib ki, "Formula 1" kimi beynəlxalq və irimiqyaslı idman, mədəni, iqtisadi, dövlət və s. tədbirlər zamanı hər bir turizm destinasiyasında qiymətlər artır:

"Bu, normal təcrübədir! Bakı hotellərində də qiymət artımı müşahidə olunur. Bəzi hallarda 7-10 dəfədən artıq qiymətlər də təklif edilir. Bu onu göstərir ki, bu kimi hotellərdə yerlərin sayı məhduddur. Bir sıra hotellər artıq satışlarını "Formula 1" tədbiri günlərinə və hətta daha sonrakı günlərə bağlayıblar.

Bu hal daha çox "Formula 1" trası üzərində və ona yaxın mərkəzi ərazilərdə yerləşən hotellərdə müşahidə olunur.

Eyni zamanda, qısa müddətli icarəyə verilən mənzil fondu da aktivləşib və daha bahalı qiymətə təkliflər edirlər. Qeyd etmək istərdim ki, mənzillər kiçik və orta hotellərlə ədalətsiz rəqabət aparırlar.

"Formula 1" yarışları bahalı tədbir olduğundan ona qatılan turistlər də daha yüksək maliyyə durumuna malik insanlar olurlar. Bu baxımdan, daha çox yüksək komfortlu, mərkəzdə yerləşən və şəbəkə hotellərə üstünlük verirlər".

S.Dübəndi bu il turistlərin coğrafiyasında dəyişiklik müşahidə olunduğunu deyir:

"Kanada, Fransa, Qazaxıstan, Gürcüstan kimi ölkələrdən gələn turistlərin sayında artım görürük. Azərbaycana olan diqqət və maraq ildən-ilə artmaqdadır.

Məncə, hostellər hələ pandemiyadan sonra tam özlərinə gəlməyiblər, bərpa olmayıblar. Qiymətlərində o qədər də fərq yoxdur. Bir çoxu pandemiya dövründə bağlanıb. Hər halda, "Formula 1" qonaqları hostellərə daha az üz tuturlar.

Ümumiyyətlə, bu sahədə çox böyük boşluq var. Hostellər, qonaq evləri, kənd evləri, kempinqlər və bu kimi alternativ yerləşdirmə vasitələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi baza işlənməyib, standartlar yoxdur.

Biz bunun haqqında hər zaman danışırıq, vurğulayırıq, dövlət qurumlarına təklif edirik ki, gəlin, bərabər bu sənədləri hazırlayaq, amma hələ ki, iş yerindən tərpənmir".

Ölkədə fəaliyyət göstərən turizm şirkətlərindən birinin rəhbəri Əziz Şıxıyev də qiymət artımını təsdiqləyir:

“İldə bir dəfə Azərbaycanda belə bir tədbir olur, onda da qiymət artımı müşahidə edirik.

Bu hal Bakıda keçirilən "Avroviziya" Mahnı Müsabiqəsindən başladı. Hər bir hotelin öz maksimal qiyməti olur. Məsələn, bu gün 3 ulduzlu hotel özünü 5 ulduzlu hotel kimi aparır. 50 manata olan 1 nəfərlik otaq 170 manata satılır. Hesab edirəm ki, "Formula 1" dövründə həmin hotellər illik büdcəsini formalaşdırmaq istəyirlər.

Sanki hotellər arasında yarış gedir: kim daha yüksək qiymət təklif edəcək. Maksimal satış həyata keçirmək istəyirlər ki, bütün xərclərini bağlamış olsunlar. Bu isə düzgün strategiya deyil".
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb