Ovçular”ın şübhəli fəaliyyəti tam əksəriyyəti şoka salır- ŞOK SƏSYAZISI
Gündəm / Sosial / Araşdırma
Oxunub: 1 032
14 Ağu 2022 | 10:00
Ovçular”ın şübhəli fəaliyyəti tam əksəriyyəti şoka salır- ŞOK SƏSYAZISI

O halda dərk edib başa düşdük ki, Elşən adlı şəxs heç də “şən olmayan” şəxsdir. Yəni o, belə bir gedişlə nə haqq-ədaləti, nə də ki, qanun-qaydanı “priznavat” edir
Hörmətli çoxsaylı oxucular!
azermedia.az nyus.az-a istinadən xəbər verir ki, bir neçə gün bundan öncə Bakı şəhəri, Xətai rayonu, Ə. Rəcəbli küç- 222 ünvanında fəaliyyət göstərən və “Ovçular” adı altında növbənöv ət məhsullarının istehsalı ilə məşğul olan bu şirkətin şübhəli fəaliyyəti ilə bağlı, redaksiyamıza daxil olan məlumatlar əsasında Nyus.az xəbər portalında tənqidi məqalələr yayımladıq. Məqalən yayımlandıqdan sonra bu şirkətə rəhbərlik etdiyi bildirilən Elşən adlı şəxs redaksiya rəhbərliyinə zəng edib hədə-qorxu gəlməkdən, hətta Azərbaycan mətbuatında çalışan bəzi KİV nümayəndələrini aşağılamaqdan da çəkinmədi. O halda dərk edib başa düşdük ki, bu Elşən adlı şəxs heç də “şən olmayan” şəxsdir. Yəni o, belə bir gedişlə nə haqq-ədaləti, nə də ki, qanun-qaydanı “priznavat” edir. Deməli, bu şəxsin “Misri qılıncı” çox başları “kəsə bilər”. Əgər bu belə olmasaydı, o halda o, belə bir “riskə” imza atmazdı.

Indi isə keçək əsas mətləbə. Yəni, indiyə kimi “Ovçular” adı altında növbənöv ət məhsullarının istehsalı ilə məşğul olan bu şirkətlə bağlı, əksər media qurumlarında silsilə tənqidi məqalələr yayımlanıb. Yayımlanan məqalələrdə qeyd olunub ki, şirkətdə müxtəlif çeşidli məhsullar istehsal olunarkən, əsasən süd verməyən inəklərin, qoca və yararsız heyvanların ətlərindən mütəmadi olaraq istifadə olunur. İddialara görə “Ovçular” şirkətində hər gün insanlara qoca heyvanların ətlərindən, leş ətlərindən hazırlanmış məhsullar satılır. Bəzi iddialara görə isə, istehsal prosesi zamanı kardon tullantılarından da geninə-boluna istifadə olunur. Bu şirkətin istehsal etdiyi kolbasaların, sosislərin və digər ət məhsullarının qiymətinin ətdən xeyli ucuz olmasına diqqət çəkən bəzi ekspertlər, istehsal prosesi zamanı bəzən at, eşşək, təkdırnaqlı, hətta caynaqlı heyvanların leş ətlərindən istifadə olunması haqda da ehtimallar irəli sürürlər. Şirkətin istehsal etdiyi məhsulların üzərində müəyyən təminatın verilməsi qeyd olunsa da, əslində bu heç də belə deyil. Söylənilənlərə görə, bu şirkət çox zaman istehsal etdiyi məhsulları hansısa ərəb ölkələrindən dondurulmuş vəziyyətdə gətirilmiş, hətta mənşəyi bilinməyən heyvanların ətlərindən hazırlayır. Xeyli müddət bundan əvvəl “Ovçular”ın istehsal etdiyi məhsulun içindən qurd çıxması, uzun müddət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Bu müəssisədə çalışan şəxslərin bəziləri rəhbərliklə əmək müqaviləsi sənədi bağlamadan fəaliyyət göstərirlər ki, bu da vergidən yayınmağa lazımi imkanlar yaradır.

Bəzi iddialara görə, bu şirkətin “başbilən əməkdaşları” ərəb ölkələrindən donmuş vəziyyətdə gətirilən ətlərin üfunətli iyi hiss olunmasın deyə, həmin ətlərə müxtəlif ədviyyatlar qatırlar. Bir çox televiziya kanallarında isə, “Ovçular” şirkətinə məxsus sexlərdə istehsal prosesi zamanı hazırlanmış reklam çarxlarında ət məhsullarının təmizliyindən bəhs olunur, məhsulların şəninə bol-bol təriflər yağdırılır. Hətta, əsas xammal olaraq müəssisənin hansısa rayondakı yardımçı təsərrüfatında bəslənən və təzə kəsilmiş dana ətlərindən istifadə olunması haqda geninə-boluna təbliğat da aparılır. Az qalır ki, bu cür reklam çarxları çoxsaylı tamaşaçıların gözlərini çıxartsın. Bütün bunlar, “Ovçular” şirkətinə məxsus kolbasaların, sosislərin və digər ət məhsullarının guya ki, “halallıq”la hazırlandığını ortaya qoymuş olur. Onu da vurğulamaq yerinə düşər ki, bir neçə il bundan öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında kolbasa məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı, “Ovçular” şirkətinin istehsalı olan ət məhsullarının lazımi göstəricilərə uyğun olmadığını aşkara çıxarmışdı.

Belə bir halların varlığı, yenə də “Ovçular” şirkətinin istehsal etdiyi məhsullarla bağlı şübhələri durmadan artırır. Şübhələrin əmələ gəlməsinə əsas verən bir çox səbəblər var ki, artıq həmin səbəblər haqda tam əksəriyyət müəyyən məlumatlara malikdirlər. Çünki, bu gün bu şirkətin istehsal etdiyi məhsullara olan inam heçə enməkdədir.

Bu yöndə araşdırmamızı davam etdirəcəyik. Qarşı tərəfi də dinləyə bilərik.
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb