Şamaxı rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovun komandası Ölkə prezidentini "priznavat" etmir.
Gündəm / Bölgə
Oxunub: 818
3 Ağu 2022 | 11:00
Şamaxı rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədovun komandası Ölkə prezidentini "priznavat" etmir.

Hamıya məlumdur ki, 2019-cu ilin fevral ayının 5-6 - da Azərbaycan ərazisində güclü yeraltı təkanlar baş vermişdir. Respublika Seysmoloji Mərkəzin verdiyi məlumata əsasən 6 bal gücündə zəlzələ Şamaxı rayonunda baş verib. Ona görə də həmin rayonda dağıntılar çox olub. Evlər təbii fəlakətin gücündən dağılıb yaşayış üçün yararsız vəziyyətə düşüb. İaşə obyektlərinə, infrastruktura, sosial obyektlərə ciddi ziyan dəyib. Fəlakətin törətdiyi fəsadlar haqqında hadisə yerində olmuş Fövqaladə Hallar Naziri General-Polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayonu İcra Hakimiyyəti başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə məlumat vermişdir. Prezident dərhal Şamaxı rayonunda olmuş və dağıntı olan əraziləri gəzərək sakinlərlə görüşmüş və demişdir: narahat olmayın. Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik. Bu haqda yaradılmış komissiyaya müvafiq göstərişlər verilmişdir. Hər bir müraciətə baxılacaq, komissiya tərəfindən bütün evlərə baxış keçiriləcək. Haradaki bərpa olunanlar bərpa olunacaq, bərpası mümkün olmayan evlər yenidən tikiləcək. Dövlət bu işi öz üzərinə götürür. "Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər lər haqqında 2019-cu il 15 noyabr tarixində 1568 saylı əmri ilə sərəncam vermişdir. Azərbaycan Respublikası Prezidentinin sərancamı Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32 bəndini rəhbər tutaraq Təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə nəzərə alıram:
1. Zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədi ilə həmin evlərin təmiri həmin evlərin təmiri üçün Azərbaycan Respublikası 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı rayon İcra hakimiyyətinə 3 (üç) milyon manat pul ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər kabineti bu sərəncamdan irəli gələn bu məsələləri həll etsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri 15 noyabr 2019-cu il 1568 saylı Sərəncamı.
Çox təəssüflər olsun ki, Prezidentin bu sərəncamı Şamaxı Rayonu İcra Başçısı tərəfindən tam həllini tapmamışdır. Bu 26 iyul 2022-ci il tarixdə “Hədəftv.info” saytına Şamaxı şəhəri İstiqlal küçəsi 43 ünvanda yaşayan Mahmudova Arzu Adil qızı tərəfindən daxil olmuş şikayət ərizəsində və video müsahibədə öz təsdiqini tapır. Belə ki, şikayətçi 2019-cu ilin fevralın 6-dan indiyə qədər Şamaxı Rayon İcra hakimiyyətinin başçısı və onun komandası tərəfindən süründürməçiliyə sürükləndiyini bildirir. "Arzu xanım iddia edir ki, dövlət tərəfindən yaradılmış komissiya tərəfindən 6 dəfə mənim evimə baxış keçirdilər. Doğrudanda gördülər ki, mənim evim çox yararsız haldadır, yəni təmir olunması mümkün deyil. Lakin dəfələrlə yerli icra hakimiyyətinə müraciət etdim. Mənim sözümü eşidib sayan olmadı. Həmin vaxtlar mənim oğlum N saylı hərbi hissədə hərbi xidmətdə idi. 2020-ci ilin iyul ayında Ermənistan ordusu təxribatın qarşısının alınmasında döyüşdə idi. Sonra Vətən müharibəsində könüllü döyüşə getdi. Mən dəfələrlə icra kakimiyyətinə getdim qəbul etmədilər. Sonra əsgər anası kimi Müdafiə Naziri Zakir Həsənova teleqram vurdum. Nazirlikdən Mehman adında bir nəfər Şamaxı Rayon İcra hakimiyyətinə mənə kömək etmələri üçün tapşırdı. İcra başçısı Tahir Məmmədov mənə kömək etməyi 1-ci müavin Hikmət Şikarova həvalə etdi. Yenidən mənim evimə mənim iştirakımla baxış keçirildi. İcra hakimiyyətinin memarı Xaliddin İsgəndərov, "Retro" Holdinq tikinti şirkətinin icraçı direktoru Qurban Yusibovun və mənim iştirakımla akt tərtib edildi. Belə ki, baxış keçirilərkən aydın oldu ki, ev çox yararsız hala düşdüyü üçün yeni ev tikilməlidir. Hikmət müəllim dedi ki evin icra hakimiyyətinin hesabına tikilib sənə təhvil veriləcək. Lakin evin zirzəmi deyilən hissəsi tikildi və tikinti dayandı. Mən soruşanda Qurban bəy mənə cavab verdi ki ira hakimiyyətindən verilən pul ancaq bura kimi çatdı. Sən 3 min ver tikintiyə başlayaq. Mənim imkanım yoxdur dedim və Hikmət müəllimin yanına getdim. Məni qəbul etmədilər. Başçı Tahir müəllimə müraciət etdim məni söyüb təhqir etdi. Mənə dedilər get Prezidentə şikayət et, bizim vəsaitimiz yoxdur. Mən bərk sarsıntı keçirtdim məni təcili yardım maşını ilə xəstəxanaya apardılar. Vətəni qoruyan döyüşçünün anasını təhqir edərlərmi? "Arzu xanım sonda xahiş etdi ki, onu tələbini informasiya yayıcısı olaraq ictimailəşdirib ölkə prezidentinə çatdıraq. Redaksiya olaraq. Biz xanımın video müsahibəsini və şikayət ərizəsini əlimizdə əsas tutaraq, Şamaxı rayonunda vətəndaşa qarşı İcra Hakimiyyəti Başçısının və onun harınlamış qoçularının etdikləri zülm və süründürməçiliyin özbaşınalığının qarşısının alınması barədə ölkə prezidentinə informasiyanı çatdırmağı özümüzə borc bilirik. Təbii fəlakət nəticəsində dağıdılmış evlərin bərpası və tikilməsi üşün ayrılmış 3 milyon pul kimlərin cibinə gedib.? Vətəndaşların bu barədə problemləri hələ də davam edir.
Mövzuya yenidən tam təfərrüatı ilə qayıdacağıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Hədəftv.info.

Bugün, 08:35
Bakının bir sıra yollarında tıxac yaranıb
Bugün, 08:03
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
18-05-2024, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
18-05-2024, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
18-05-2024, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:00
Təbrik edirik!
18-05-2024, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
18-05-2024, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
18-05-2024, 12:52
Sabah hava belə olacaq
18-05-2024, 11:35
Özünü asan qız son anda xilas edildi
18-05-2024, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
18-05-2024, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
18-05-2024, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar