Yaxşılara yaxşı deyək- Qazax Su-kanal idarəsinin rəisi Alı Hüseynov
Gündəm / İqtisadiyyat / Bölgə
Oxunub: 295
29 Ağu 2022 | 12:55
Yaxşılara yaxşı deyək-  Qazax Su-kanal idarəsinin rəisi Alı Hüseynov

Dünyaya göz açan hər bir kəsin öz əməli, öz cığırı olur. Bu da əzəli məlum, sonu tanrının qismətindən asılı ömür yoludur. Bu yolu şərəflə, ləyaqətlə, inam və imanla addımlayan Qazax rayon Su-kanal idarəsinin rəisi Alı Hüseynov, vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir. Müasir mediada çox hadisələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verirki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur. Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala Onun haqqında da belə düşünəcəkdik. Amma...
Amması odur ki, Qazax Su-kanal idarəsinin rəisi Alı Hüseynov vəzifənin hörmətə mindirdiyi yox, fəzifəni hörmətə mindirən vəzifə sahiblərindəndir.
...Adının çəkilməsini istəməyən, Azərbaycanın tanınmış jurnalistlərindən biri Alı Hüseynovu yaxından tanıdığını deyir. “Fürsət düşdükcə Alı müəllimlə görüşürəm. Söz sənət sahiblərinə qiymət verməyi bacaran adamdır. Kübar,çox ziyalı, lazım olanda yumşaq, lazım olanda həm də sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə “zəif” cəhəti varki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda o, insanı xüsusiyyətindən irəli gələrək, başa salır ki, bu belə olmaz, belə deyil. Mümkün və sona qədər başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlirki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edirki, cəmiyyəti inzibati üsullarla deyil, sözlə də islah etmək olar.”
...Bütün deyilənləri, yazılanları kənara qoyaraq, bir elin, obanın təəssübünü çəkən fədakar bir insan kimi tanıdığımız Alı Hüseynovun haqqında bəzən bədhaqlar tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara gerçək olan cavabı verək: bəri başdan deyirik ki, Alı Hüseynov təsəvvürümüzə gətirmədiyimiz dərəcədə zəngindir.
Briyant, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın təmiz, saf qəlbi var. Neyləsin ki, xalqına el-obasına bu qədər bağlıdır. Saysız-hesabsız ehtiyacı olanlara “Əl tutmaq, Əlidən qalıb” deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət...! Siz isə görün nələrdən danışırsız. Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini əlavə etsək onda böyük bir xəzinə yaranar. Əsil Xeyirxahlıq “İnqilab”ı budur, başqa məmurlara örnək olmaq. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda “Alı Hüseynovun böyük, tükənməz xəzinəsi var” deyib-sadəcə siz baş-ayaq anlamısınız...
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarix boyu olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü büruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi prosseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi bu problem məni həmişə düşünndürüb. Qəti qərara gəlmişəmki, yaxşılara yaxşı deməyin onlara əsil qiymətini verməyin vaxtı yetişib. Yaxşıların yaxşı olduğunu deməklə, kimin kim olduğunu deyirik. Yaxşılara yaxşı deməklə, onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini də onlardan örnək götürməyə səsləyirik. Qazax rayonu Su-kanal idarəsinin rəisi Alı Hüseynov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə öz işində həmişə nümayiş etdirdiyi prinsipiallığı, ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı kütləvi imformasiya vasitələrində az da olsa, çəkilsə də mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı dolğun informasiya əldə etmək asan deyil. Onu yaxından tanıyan bir çox insanlar bu halın yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan xoşlanmaması ilə əlaqələndirirlər. Əlbətdə ki, bu keyfiyyətlər insana ancaq baş ucalığı gətirir.
...İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Qazax rayon Su-Kanal İdarəsinin rəisi Alı Hüseynovu tanıyanlar tanıyır, tanımayanlara ərz edirik ki, o vətəni, xalqı uğrunda fədakarlıq göstərən əqidə sahibidir. Bəli insan var olduğu dövr üçün çalışdığı kimi, həyatda olmayacağı dövr üçün də çalışıb gələcək nəsillər üçün gözəl şərait, ədalətli quruluş, ləyaqətlə yaşayıb, ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət Gün İşığı kimidir. Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər-yüksək qabiliyyəti ilə seçilən təşkilatçı rəhbər, gözəl insan, əsil Vətən daşı.

Şahin Orucov,
azermedia.az
Bugün, 11:56
İran rəsmiləri yasda... - FOTOLAR
Bugün, 11:09
Lerikdə polis mayoru qəfil vəfat etdi
Bugün, 10:36
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bugün, 10:06
Rəisini daşıyan helikopter ABŞ istehsalı imiş - DETALLAR
Bugün, 09:40
Bakının iki qəsəbəsində qaz olmayacaq
Bugün, 09:03
İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib
Bugün, 08:35
Bakının bir sıra yollarında tıxac yaranıb
Bugün, 08:03
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
18-05-2024, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
18-05-2024, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
18-05-2024, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:00
Təbrik edirik!
18-05-2024, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
18-05-2024, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
18-05-2024, 12:52
Sabah hava belə olacaq
18-05-2024, 11:35
Özünü asan qız son anda xilas edildi
18-05-2024, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
18-05-2024, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
18-05-2024, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir