Qazax RİH-də vətəndaş qəbulu keçirilib
Gündəm / Bölgə
Oxunub: 465
3 Eyl 2022 | 09:00
Qazax RİH-də vətəndaş qəbulu keçirilib


Cənab Prezident İlham Əliyevin vətəndaş amilini, vətəndaş məmnunluğunu ön plana çəkməsi hər bir dövlət məmuru üçün örnəkdir. Ölkə rəhbə səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirlər bir daha onu sübut edir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir.

Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman öz əksini tapır. Ən əsası da hər bir dövlət məmuruna örnək olan bu addım bütün sahələrdə əsas götürülür.

azermedia.az xəbər verir ki, Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Bu həftə ərzində müraciət etmiş daha 7 nəfər vətəndaşın istəyi sentyabrın 2-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.

“Dövlət məmurunun vəzifəsi vətəndaş məmnunluğunu təmin etmək, onlara layiqli xidmət göstərməkdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş məmnunluğunu təmin etməyin hər kəsin borcu olduğunu bildirib. İcra başçısı bugünkü qəbulun da bu məqsədi daşıdığını qeyd edərək vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.

"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru çalışmalıdır ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılsın, razı qalsın”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Sonra Xanlıqlar kənd sakini Zeynalov Arzuman Əkram oğlunun, Məmmədov Mikayıl İsmayıl oğlunun, Ürkməzli kənd sakini Rəhimov Ələkbər Pirvəli oğlunun, Cəfərli kənd sakini Süleymanova Mətanət Əndiryaz qızının, Yuxarı Əskipara kənd sakini Tağıyev Arif Hüseyn oğlunun, Qarapapaq kənd sakini Musayeva Yetər Elşən qızının, Ağköynək kənd sakini Musayev Ramiz Qorçu oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin olunma ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. Məşğulluq Mərkəzində olan boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Vətəndaşların alimentin alınmasında, evin təmir edilməsində köməklik göstərilməsi, digər müxtəlif məzmunlu müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.
Bugün, 16:04
İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək - YENİLƏNİB
Bugün, 14:44
İfadəsində generalın adını çəkmişdi, məhkəmədə “tanımıram” dedi
Bugün, 13:04
Rəisinin dəfn tarixi və yeri açıqlandı
Bugün, 12:44
Sabah 24° isti olacaq
Bugün, 11:56
İran rəsmiləri yasda... - FOTOLAR
Bugün, 11:09
Lerikdə polis mayoru qəfil vəfat etdi
Bugün, 10:36
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bugün, 10:06
Rəisini daşıyan helikopter ABŞ istehsalı imiş - DETALLAR
Bugün, 09:40
Bakının iki qəsəbəsində qaz olmayacaq
Bugün, 09:03
İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib
Bugün, 08:35
Bakının bir sıra yollarında tıxac yaranıb
Bugün, 08:03
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
18-05-2024, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
18-05-2024, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
18-05-2024, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:00
Təbrik edirik!
18-05-2024, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
18-05-2024, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
18-05-2024, 12:52
Sabah hava belə olacaq
18-05-2024, 11:35
Özünü asan qız son anda xilas edildi
18-05-2024, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
18-05-2024, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
18-05-2024, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb