Qazaxda məktəb-lisey üçün yeni tikilən binanın inşası sürətlə davam etdirilir
Gündəm / Bölgə
Oxunub: 101
6 Eyl 2022 | 12:00
Qazaxda məktəb-lisey üçün yeni tikilən binanın inşası sürətlə davam etdirilir


Son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğı sayəsində ölkəmizdə yeni tikilən və ya əsaslı təmir edilən təhsil müəssisələrinin sayı hər il daha geniş miqyas alır. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramlarının rolu isə əvəzsizdir. Məhz bu proqramlar çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur.

azermedia.az xəbər verir ki, ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da daim hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Son dövrlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının əyani təzahürüdür.

Ölkə başçısı tərəfindən yararsız halda olan Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam da dövlətin Qazaxda təhsil sahəsinə olan növbəti qayğısıdır. Təhsil Nazirliyi tərəfindən məktəb-lisey üçün 700 şagird yerlik yeni inzibati binanın inşa olunması dövlət tərəfindən təhsil sahəsinə göstərilən qayğının davamı deməkdir.

Hazırda məktəb-lisey üçün yeni tikilən binada işlər sürətlə davam etdirilir. Yeni inşa olunan məktəb binası 4 korpusdan ibarətdir. Tədris korpusu 4 mərtəbədən, 2 korpus 3 mərtəbədən, idman zalının yerləşəcəyi korpus isə 1 mərtəbədən ibarətdir. Yeni inşa edilən məktəbdə geniş, işıqlı sinif otaqları, kimya, fizika, biologiya laboratoriya otaqları, kompüter otaqları, 172 yerlik yeməkxana və 312 yerlik akt zalı inşa olunur. İşlərə ötən ilin noyabr ayının əvvəlindən başlanılıb, bütün işlər paralel olaraq həyata keçirilir, bu ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulur.

Yeni inşa edilən məktəb müəllim-şagird kollektivi üçün əsl töhfə, təhsilimizə, gələcəyimiz olan gənclərə göstərilən dövlət qayğısı kimi qiymətləndirilir. Yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ifadə olunur.
Bugün, 12:44
Sabah 24° isti olacaq
Bugün, 11:56
İran rəsmiləri yasda... - FOTOLAR
Bugün, 11:09
Lerikdə polis mayoru qəfil vəfat etdi
Bugün, 10:36
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bugün, 10:06
Rəisini daşıyan helikopter ABŞ istehsalı imiş - DETALLAR
Bugün, 09:40
Bakının iki qəsəbəsində qaz olmayacaq
Bugün, 09:03
İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib
Bugün, 08:35
Bakının bir sıra yollarında tıxac yaranıb
Bugün, 08:03
İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident helikopterinin bütün sərnişinləri həlak olub
18-05-2024, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
18-05-2024, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
18-05-2024, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
18-05-2024, 14:00
Təbrik edirik!
18-05-2024, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
18-05-2024, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
18-05-2024, 12:52
Sabah hava belə olacaq
18-05-2024, 11:35
Özünü asan qız son anda xilas edildi
18-05-2024, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
18-05-2024, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
18-05-2024, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar