“Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb” - NƏ ETMƏLİ?
Gündəm / Dünya
Oxunub: 378
1 May 2021 | 15:51
“Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb” - NƏ ETMƏLİ?


“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb. Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin həlliylə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq, ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi”.”Hürriyyət” xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Sergey Lavrovun yenidən ölkəmizə səfər edəcəyini vurğulayan politoloq hesab edir ki, onun hər iki tərəf – Azərbaycan və Ermənistan üçün “sürpiz” təklifləri var: “Rusiyanın xarici işlər naziri mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Səfərlər arasındakı bir neçə günlük fasilə diqqətimi çəkdi. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə – Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək? Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var. Lavrov həm də Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva isə narahatdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir: “Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil. Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz. Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”.
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb