Uşağın qızdırması varsa, panikaya düşməyin
Sosial / Araşdırma
Oxunub: 257
18 Ock 2022 | 12:00
Uşağın qızdırması varsa, panikaya düşməyin

“Virus infeksiyaları epidemiyası zamanı əməl edilməli olan ümumi gigiyena tədbirləri barədə (əllərin yuyulması, qoruyucu tibbi maskalardan istifadə, insanların daha çox toplaşdığı yerlərə getməmək, kütləvi tədbirlərdən uzaq olmaq və s.) KİV-də kifayət qədər ətraflı məlumat verilib. İmmunitet sisteminin gücləndirilməsinə gəldikdə isə o, çoxkomponentli və uzunmüddətli prosesdir. Bununla belə, hər bir ailə üçün sadə və əlçatan tövsiyələr var ki, onların köməyi ilə həm immuniteti, həm də bədənin tənəffüs sisteminin yoluxucu xəstəliklərə qarşı ümumi müqavimətini qorumaq olar”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov açıqlayıb.
Onun sözlərinə görə, uşaqlarda erkən yaşlardan yeməkdən öncə və sonra əllərini yumaq vərdişini inkişaf etdirmək lazımdır.
“Burun və boğazın təmizliyi və gigiyenası uşaq üçün vacibdir. Uşağınızı erkən yaşlarından yeməkdən sonra və küçədən qayıdarkən əllərini sabunla yumaq və ağzını, burnunu və boğazını su ilə yaxalamağa öyrədin. Bu prosedur selikli qişalarda qoruyucu immun hüceyrələrin istehsalını stimullaşdırır”.
H.Qabulov bildirib ki, qidanın, xüsusilə şirniyyatların qeyri-müntəzəm qəbulu, körpənin həddindən artıq isti bükülməsi, fiziki fəaliyyətin olmaması immunitetin azalmasına və tez-tez tənəffüs xəstəliklərinə səbəb olan amillərdir:
“İmmun sistemə dəstəyin əsasını dərmansız üsullar təşkil edir. Bu, gündəlik rejim, düzgün qidalanma, uşağın fiziki fəaliyyəti, təmiz və açıq havada gəzməsi (gəzintilərin müddəti gündə ən azı 2 saat olmalıdır) və s. Onlar adətən kifayət qədər yerinə yetirilmir, lakin ən təsirli olan üsullardandır. Təəssüf ki, bəzi valideynlər aptekdən hər hansı bir vitamin və ya həb almağa daha çox üstünlük verirlər”.
Mütəxəssis-ekspert qeyd edib ki, əgər uşağın qızdırması varsa, o zaman ilk növbədə valideynlər panikaya düşməməlidir:
“Çünki onların həddindən artıq narahatlığı xəstə uşağın ümumi vəziyyətinə mənfi təsir göstərir. Adətən, uşaqlarda bədən temperaturunun artması orqanizmin hər hansı bir infeksiyaya, əksər hallarda viruslara və ya bakteriyalara verdiyi cavab reaksiyasıdır. Orqanizm temperaturu patogen mikrobların inkişafına mane olacağı rəqəmlərə qaldırmağa çalışır. Bir uşaqda yüksək temperatur kəskin respirator virus infeksiyaları, pnevmoniya və digər xəstəliklərlə müşahidə edilə bilər. Buna görə də, hansı vəziyyətdə temperaturun aşağı salınmasının vacib olduğunu və hansı vəziyyətdə isə gözləməyin mümkün olduğunu ayırmaq lazımdır.
Qızdırma zamanı uşaq orqanizmi dəri vasitəsilə sürətlə maye itirir. Bədəndə mayenin aşağı düşməsi bütün sistemlərin və orqanların işini əhəmiyyətli dərəcədə çətinləşdirir, eyni zamanda zəhərli birləşmələrin, xüsusən də sidik sistemi vasitəsilə atılmasını yavaşlatır. Buna görə də, temperatur yüksək olduqda, uşağa kifayət qədər maye verməsi çox vacibdir. Körpənin yaşından və onun zövqündən asılı olaraq maye, şirin və qazlı içkilər istisna olmaqla, adi su, qurudulmuş meyvələrin həlimi, meyvə şirələri və s. ola bilər. Eyni zamanda, maye otaq temperaturunda və ya bir qədər isti olmalıdır. Qusmanı təhrik etməmək üçün maye və ya sulu yemək az porsiyalarla verilməlidir”.
H.Qabulov bundan əlavə, evdə sağlam mikroiqlim yaratmaq vacib olduğunu söyləyib:
“Bu, tənəffüs prosesini normallaşdırmağa və soyuqdəymələrin qarşısını almağa kömək edəcəkdir. Həmçinin, körpənin həddindən artıq isti bükülməsi, onu bir neçə ədyal ilə örtülməsi tövsiyə olunmur. Eyni zamanda, geyimin boş, rahat və təbii parçalardan olması da vacibdir”.
Dün, 15:32
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
Dün, 15:06
Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?
Dün, 14:46
Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib
Dün, 14:00
Təbrik edirik!
Dün, 13:57
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
Dün, 13:26
Lamiyə Vəliyeva dünya çempionu oldu
Dün, 12:52
Sabah hava belə olacaq
Dün, 11:35
Özünü asan qız son anda xilas edildi
Dün, 09:28
Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR
Dün, 08:56
BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb
Dün, 08:31
BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr
17-05-2024, 19:28
Moskvada Qazaxıstan-Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub
17-05-2024, 18:49
Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq
17-05-2024, 18:19
May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
17-05-2024, 17:32
Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb, əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
17-05-2024, 17:03
İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib
17-05-2024, 16:16
Türkiyə və Gürcüstan liderlərindən mühüm mesajlar: regional əməkdaşlıqda yeni mərhələ - TƏHLİL
17-05-2024, 13:49
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:21
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar
17-05-2024, 11:44
Belarus Prezidenti Füzuli rayonuna səfər edib
17-05-2024, 11:12
Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir
17-05-2024, 10:32
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
17-05-2024, 09:45
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 09:10
Azərbaycana qar yağır - FOTOlar
17-05-2024, 08:47
Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın
16-05-2024, 23:09
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb