19 yaşlı müsəlman qız rinqdə 4 kişiyə qalib gələrək çempion oldu

19 yaşlı malayziyalı müsəlman xanım  Nur Diana rinqdə  hicabla çıxış edərək ölkəsindəki böyük restlinq-güləş turnirində qalib  gəlib. 

AzerMedia.az “The Guardian”-a istinadən xəbər verir ki, turnirin qalibi adını qazanmaq üçün Nur Diana dörd güclü kişini məğlub etməli olub.  “Feniks” təxəllüslü qızın qələbəsi hakimləri və tamaşaçıları heyrətləndirib. Çünki onun çəkisi cəmi 43 kq, boyu isə 152 sm-dir.
“Real həyatda çox utancaq və təmkinli olsam da, rinqə girəndə sanki mənimlə nəsə baş verir və mən tamamilə fərqli bir insan oluram. Buna görə də restlinqi çox sevirəm – real həyatda heç vaxt cəsarət etməyəcəyim işlərin öhdəsindən gəlməyə nail oluram…” -deyir Nur Diana. 

“Gənc müsəlman qız restlinqə 14 yaşında qardaşı ilə “PlayStation”  oynayaraq maraqlanıb və o vaxtdan bəri qadınlar üçün olmayan bu idman növündə bacarıqlarını inkişaf etdirir.
Qeyd edək ki, reystlinq hələ XVIII əsrdən Şimali Amerikada əsası qoyulan, teatrlaşdırılmış və rəqibə qalib gəlmək üçün istənilən priyoma icazə verilən amansız bir güləş-döyüş növü, idman şousudur.

Bu xəbəri paylaşın:
  • 22
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
    22
    Shares