Direktor namizədlərin nəzərinə

Direktorların işə qəbul müsabiqəsinin imtahan mərhələsi artıq yekunlaşıb. Bu mərhələdə 1 643 namizəd iştirak edib.

Növbəti mərhələ Direktorların İşə Qəbul müsabiqəsinin müsahibə mərhələsidir. Müsahibənin keçirilmə tarixi və qaydaları barədə məlumatlar namizədlərə göndəriləcək.

Hazırda direktor olmaq istəyən namizədləri müsahibə proqramı, orada verilə biləcək suallar çox maraqlandırır. Müsahibədə namizədlərə onların dünyagörüşü, idarəetmə və pedaqoji bacarıqları, qanunvericilik biliklərini yoxlayan suallar verilir.

AzerMedia.az namizədlərə kömək məqsədilə müsahibə mərhələsində təqdim olunacaq sualların cavablarını elan edir:

Sual:

Müddətli əmək müqaviləsinə  hansı hallarda xitam verilə bilər?

Cavab:

Bu məsələlər Əmək Qanunvericiliyində əksini tapıb. Qanuna görə, müddətli əmək müqaviləsinin müddəti bitdikdə müqaviləyə xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi müəyyən edilmiş müddətə uzadılır.

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 472 vakant yer çıxarılıb.

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək. / azedu.az

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •