Rusiyanı etiraz dalğası bürüdü – SƏBƏB

Bu gün Moskvada və Rusiyanın digər şəhərlərində etiraz mitinqləri keçirilib. 

Akademik Saxarov prospektində Moskva şəhər Dumasına qeydiyyatdan keçməyən namizədlərə dəstək mitinqi baş tutub. Mitinqdə “Belıy sçetçik” könüllü qrupunun verdiyi məlumata görə 50 mindən çox adam iştirak edib. DİN isə 20 min adamın iştirak etdiyi barədə rəsmi məlumat yayıb.  Jurnalist Leonid Parfyonovun çıxışı ən yaddaqalan çıxış olub.O hakimiyyəti kəskin tənqid edib və yalançılıqda ittiham edib: ”Çoxdan yalan deyirlər, yalan artıq gücə söykənib” – Parfyonov deyib. Putin və Moskva meri Sobyanin etirazçıların əsas tənqid hədəfləri olub.

Müğənnilər, rep dəstələri mitinqdə mahnılarla çıxış ediblər. 
Saxlanılanlar olmayıb. Müxalifətin əsas liderləri həbs olunduğundan mitinqdə iştirak edə bilməyiblər. Etiraz amitinqləri Xabarovsk, Vladivostok, Novosibirsk, Tomsk, İrkutsk, Krasnoyarsk və Uzaq Şərqin və Sibirin başqa şəhərlərində də keçirilib.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •