Rusiya Azərbaycandan pomidor qadağasını götürdü

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 16-dan Azərbaycanın Xızı rayonunda yerləşən “Aqroterm” MMC-dən pomidor idxalına icazə verib.

AzərMedia.az xəbər verir ki, xidmətin məlumatına görə, hazırda Azərbaycanın daha iki istixana müəssisəsindən pomidor idxalına icazə verilməsi məsələsinə baxılır.

“Rosselxoznadzor”un məlumatında deyilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə aparılan danışıqlarda Azərbaycan tərəfi məhsullarda zərərvericilərlə bağlı araşdırmalar barədə informasiya və monitorinqin nəticələrini təqdim edib.

Hazırda Azərbaycanın səlahiyyətli təşkilatları ilə bu istiqamətdə iş davam etdirilir.

Xatırladaq ki, Rusiya 10 dekabrdan etibarən Azərbaycandan alma və pomidor idxalını müvəqqəti qadağan etmişdi./modern.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •