55 yaşını tamamlayan Qarabağ qazisi: “Tək istəyim Şuşaya piyada getməkdir”

Qarabağ uğrunda gedən ağır döyüş yolu keçmiş, AVMVİB sədrinin birinci müavini Kamil Şirinovun 55 yaşı tamam oldu.

Şirinov Kamil Sabir oğlu 11.08.1964 cü il tarixində İmişli rayonunda anadan olub.1992 – ci ildə Azərbaycan Texniki Universitetini bitirib. 1988-ci ildən başlayaraq Qarabağ, ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizənin ön sıralarında olub. 1991- ci ildə ilk Şıx batalyonunun tərkibində döyüşüb. Şuşa, Fūzuli, Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Atəşkəsdən sonra isə, 1994 -cū ildə AVMVİB-nin yaradıcılarından biridir.

Kamil Şirinov hal hazırda hərbi müəllim işləyir. Gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var.Ömrünün 25 ilini vətən yolunda canını fəda edən insanların hüquq və mənafelərinin müdafiəsinə sərf edib.

Vətən uğrunda sağlamlığını itirən Kamil Şirinovun indi bir istəyi var: ŞUŞAYA PİYADA GETMƏK!!!

AzerMedia.az kollektivi olaraq Kamil bəyi doğum günü münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı və uğrunda döyüşdüyü torpaqların tam azad olunacağı günləri arzulayırıq.

Bütün gözəlliklər sənin olsun və bu gözəlliklər içində 100 yaşa!

TƏBRİK: KAMİL ŞİRİNOV – 55
TƏBRİK: KAMİL ŞİRİNOV – 55
Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •