Türk mediası: Rus əsgərlərinin Qarabağda etdikləri… – Video

“Haber Global” Yeni il münasibətilə düzənlənən mərasimdə Qarabağdakı rus sülhməramlı əsgərinin ermənilərə tərəf olduqlarını göstərən və Azərbaycan ictimaiyyətində ötən gündən narazılıqla qarşılanan “sağlıq” çıxışını tirajlayıb.

AzərMedia.az xəbər verir ki, Türkiyənin nüfuzlu kanalı bunun üzərindən keçid edərək, dekabr ayında Köhnə Tağlar və Çaylaqqqala ərazisində ermənilərin terror hücumundan sonra Azərbaycan DTX-nın apardığı antiterror əməliyyatı və bu əməliyyatın nəticəsində erməni silahlılarının əsir götürülməsi, ardınca isə 13 dekabrda Rusiya sülhməramlılarının yerləşdiyi ərazini “genişləndirməsi” və fərqli bir xəritə yaymasına da diqqət çəkib (Qeyd edək ki, Rusiya MN 14 dekabrda Azərbaycan ictimaiyyətinin ciddi narazılığından və etirazından sonra yanlış xəritəni aradan qaldırmışdı).

Eyni zamanda, rus sülhməramlılarının komandanı Rüstəm Muradovun keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbəri Araik Arutyunyanla qucaqlaşması, Rusiya bayrağının “dqr”in əski parçasının yanında olması, həmçinin Xudavəng monastırında erməni cütlüyün nikah mərasimi keçirilməsi üçün rus sülhməramlılarının əldən-ayaqdan getməsi və s. narazılıq yaradan məqamlar və kadrlar da işıqlandırılıb.

Bütün bunların fonunda rus sülhməramlılarının Qarabağda sülhü qorumaq missiyasından uzaqlaşması və tərəf tutmasından dolayı Azərbaycan xalqının narazılığı ifadə edilib.

Süjeti təqdim edirik:

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •