Paşinyan Arutyunyanla Təhlükəsizlik Şurasının iclasını keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda Təhlükəsizlik Şurasının iclası keçirilib.

AzərMedia.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, toplantıda ölkədəki vəziyyət müzakirə edilib.

Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Dağlıq Qarabağdakı terrorçuların lideri Arayik Arutyunyan da iştirak edib.

İclas iştirakçıları Ermənistan Respublikası və Qarabağdakı vəziyyəti, humanitar problemləri, habelə təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •