Bu qurumlar avtomobillərini satır – Qiymət

Üç böyük dövlət qurumu balansında olan istifadəsiz avtomobilləri hərraca çıxarır.

AzərMedia.az xəbər verir ki, 3 mart tarixində keçiriləcək hərraca Hesablama Palatası 4, Baş Prokurorluq 7, Ədliyyə Nazirliyi isə 10 avtomobil təqdim edib.

Hesablama Palatasının hərraca çıxardığı avtomobillər “Nissan” markalıdır və qiymətləri 6300-9000 manat arasında dəyişir.

Baş Prokurorluq isə hərraca müxtəlif markalı avtomobillər təqdim edib. Prokurorluğun ən yüksək qiymətə hərraca çıxardığı avtomobil isə “Volksvagen Passat” avtomobilidir və qiyməti 9000 manatdır.

Budəfəki hərraca ən münasib qiymətə avtomobilləri isə Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona təqdim etdiyi ən bahalı avtomobilin – “Nissan Sanni”nin qiyməti 6500 manatdır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •