Dollar və avroda gözlənilməz artım: Rusiya Mərkəzi Bankı nəyə hazırlaşır?

Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini gözlənilməz şəkildə artırıb. 

Azərmedia.az  xəbər verir ki, artım 37 qəpik olub. Bununla yanaşı avroda artım 77 qəpik olub. Belə ki, 27 avqustdan etibarən dollar 65,9735 rubla, avro isə 73,3955 rubla satılacaq.

“Alpari”nin baş analitiki Anna Bodrova hesab edir ki, dünyadakı “ticarət müharibəsi” yeni mərhələyə qədəm qoyub: “Əvvəlcə Çin tərəfi Amerika istehsalı olan məhsullar üçün rüsum tətbiqini açıqladı. ABŞ bir neçə gün susdu. Bu gün isə bəllidir ki, 1 oktyabrdan etibarən ABŞ rüsumları daha 5 faiz artaracaq. Beləliklə, rüsum 25 faiz yox, 30 faiz olacaq. Bu qərar 250 milyard dollar dəyərində məhsula şamil ediləcək. Ancaq bu da son deyil. Digər Çin məhsullarına tətbiq olunan rüsum 10 faizdən 15 faizə qaldırılacaq. Bunlardan bəzisi 1 sentyabrda, digərləri isə 15 dekabrda qüvvəyə minəcək”.

Mütəxəssislər bu vəziyyətin milli valyutalara təsirini inkar etmir.    /Cebhe.info /

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •