Kiçik Summativ Qiymətləndirmə ilə bağlı narahatedici məqam – Jurnalda ayrılan səhifə sayı

Ötən tədris ilində qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra bu mövzu xeyli aktuallaşdı. Artıq yeni tədris ilinin başlanması müəllimlər üçün summativ qiymətləndirmə məsələlərini gündəmə gətirib.

Müəllimləri maraqlandıran aktual məqamlardan biri də summativ qiymətləndirmələrin jurnala necə qeyd edilməsi, onlar üçün neçə səhifənin ayrılması ilə bağlıdır.

AzerMedia.az xəbər verir ki,müəllimlərə kömək məqsədilə ibtidai siniflərdə jurnalın dərs və qiymətləndirmə səhifələrinin fənlərə verilən saatlar üzrə bölgüsünü təqdim edir:

Qaydalara uyğun olaraq, 1 saat keçirilən fənlərdə dərs və qiymətləndirməyə ayrılan səhifələrin sayı 3, 2 saatlıq fənlərdə 4-5, 5 saatlıq fənlərdə 9, 10 saatlıq fənlərdə isə 18 səhifədir.

Bundan əlavə, 1 saatlıq  fənlərə dərs üçün 2, 2 saatlıq fənlərdə 4, 5 saatlıq fənlərdə 9 səhifə ayrılmalıdır. 9 saatlıq fənlərdə isə bu səhifələrin sayı 16-dır.

Dərs üçün ayrılan səhifə dedikdə isə nömrələnmiş deyil, şagirdlərin siyahısı və dərs mövzusu yazılan  səhifə başa düşülür.

Qeyd edək ki, yeni qiymətləndirmə qaydalarına əsasən, I siniflərdə summativqiymətləndirmə nəzərdə  tutulmur. II-IV siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativqiymətləndirmə aparılmır.

Böyük summativ qiymətləndirmə yalnız V-XI siniflərdə keçirilir. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdəndir./Azedu.az/

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •