Pis tər qoxusunun 5 TƏHLÜKƏLİ SƏBƏBİ

Tər qoxusu ilə mübarizədə bir çox vasitədən istifadə edirik. Bəs bəzi insanların tərindən, ümumiyyətlə, iy gəlmədiyini bilirdinizmi?

AzərMedia.az medicina.az-a istinadən bildirir ki, alimlərin apardığı araşdırmalar nəticəsində avropalıların 2 faizinin və asiyalıların isə böyük əksəriyyətinin zülal daşıyıcı hüceyrələrin çatışmazlığı səbəbindən tər iyi vermədiyi məlum olub. Təəssüf ki, bu məsələdə hamı şanslı deyil.

Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur.

Sağlam insanda pis tər qoxusunun əsas səbəbləri bunlardır:

– gigiyena qaydalarına tam şəkildə riayət etməmək

– sintetik, havanı buraxmayan paltar, corab

– çoxlu soğan-sarımsaq, yağlı, qızardılmış, ədviyyatlı qidaları istehlak etmək

-Hamiləlik zamanı və yeniyetməlik dövründə tərin qoxusu daha kəskin ola bilər. Bunun səbəbi orqanimzdə gedən ciddi hormonal dəyişikliklərdir. Bu hal müvəqqəti xarakter daşıyır.

Lakin bəzən pis tər qoxusunun səbəbi hər hansı xəstəlik və ya pozulma da ola bilər.

Bu pozulmalar arasında:

– Böyrək xəstəlikləri
– Qaraciyər xəstəlikləri
– Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzi, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet)
– Qadınlarda hormonal pozulmalar
– Həzm sistemi xəstəlikləri

Əgər pis tər qoxusu sizi çox narahat edirsə, bu qoxunu aradan qaldırmaq mümkün deyilsə, mütləq həkimə müraciət edin.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •