Yerevanda tələbələr tətilə başladılar

Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin tələbələri universitetlərdə “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənlərinin məcburi tədrisinin ləğvi ilə əlaqədar tətilə başladılar.

AzərMedia.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, tələbələr təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutyunyan onların fikirlərini nəzərə almasa, hökumət, parlament və Təhsil Nazirliyinin binalarında daimi aksiyalar keçirəcəklərini bildiriblər.

“Bu davam edərsə, Araik Harutyunyan gəldiyi kimi də, gedəcək. Hazırki vaxtda onun yeganə əməli Gümri-Yerevan magistral yolu ilə getməsidir”, – deyə “Rusarminfo” saytı bu sözləri tələbələrdən birinin jurnalistlərə bildirdiyini yazıb.

Aksiya iştirakçıları Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin son qərarının ciddi təhlükə ilə üzləşdiyini, buna görə də “erməni dilinin hüquqlarını qorumaq” üçün təcili ehtiyac olduğunu söyləyiblər.

Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qeyri-humanitar fakültələrin tələbələri üçün “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənlərinin məcburi deyil, seçici olmasını təklif edən qanun layihəsi hazırlayıb.

Bundan əvvəl, Ermənistan baş naziri Nikol Paşinyan nazirliyin qərarını belə şərh edib: “Universitet sisteminin qarşısında hansı vəzifələri qoymuşuq? Universitet sistemlərinin rəqabətqabiliyyətli olmasını qarşıya məqsəd qoymuşuq. Uzun müddətdə aparıcı universitetlərlə rəqabətli olmalıdır. İndi universitetlərimizdə “erməni dili”, “Ermənistan tarixi” və “erməni ədəbiyyatı” fənnlərinin tədrisini nəzərdən keçirəcəyik. Sual – İngilis dili və ABŞ tarixin Harvard Universitetində məcburi fənn sayılırmı və bütün tələbələr seçdikləri ixtisasdan asılı olmayaraq onları öyrənməlidirlərmi?” Onun fikrincə, bu məsələni müzakirə edib, müsbət və mənfi cəhətlərini nəzərə almaq lazımdır.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •