Dönərlə bağlı yeni fırıldaq üzə çıxdı – Biz də sabun yeyirik?

Türkiyədə dönərxanalarla bağlı yeni fırıldaq ortaya çıxıb. Belə ki, ucuz baş gəlsin deyə dönərə quyruq yağı əvəzinə sabun istehsalında istifadə olunan yağ qoyulur. Bu isə əhali arasında böyük təlaşa səbəb olub. Hətta istehlakçılar dönərin keyfiyyətini və tərkibini əks etdirən sənəd tətbiq olunmasını tələb ediblər. 

Bəs Azərbaycanda vəziyyət necədir? Fizdə də belə fırıldağa əl atanlıar varmı?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O bildirib ki, Azərbaycanda nəinki beləsi, hətta bundan təhlükəli versiyalarda ola bilər:

“Konkret olaraq şikayət olmayıb. Lakin istisna olunmur ki, bu Azərbaycanda da ola bilər. Bir yerdə ki, nəzarət yoxdursa, dönərlər hardan, necə gəldiyi bilinməyən ətlərdən istifadə olunursa və Qida Təhlükəsizliyi Agentliyində fəaliyyət göstərən bu dönərxanaların 80 faizini qeydiyyatdan keçməyibsə, nəinki Türkiyədəki hadisə, hətta ondan betəri də baş verə bilər. 

Ölkədə dönərləri qanuni hazırlayan iki müəssisə var. Bu şirkətlər əti  mənfi 40 dərəcə dondururlar. Səbəb də bütün heyvan xəstəliklərinin ətlərin içərisində ölməsidir. Şişə taxılmış və dondurulmuş şəkildə dönərxanlara gətilir. Dönərxanların da heç bir faizi də ordan ət almır. Bu şirkətlərdə həm quş dönəri, həm də iribuynuzluların dönərini hazırlamağa icazə var. Dönərxanaların bu şirkətlərdən ət almamasının səbəbi də daha ucuz ət axtarışında olmalarıdır. Biz dönərxanalara getsək, orada sertifikat asıldığını görərik. Bu sertifikatın o dönərə aidiyyatı yoxdur. Hansısa firmadan bir az ət alıb, sertifikatı tələb edilər. 

3 il öncə dövlət orqanları dönərxanların standartlarını hazırlayıb. Bu sənədlərdə də hərşey əks olunub. Ancaq bu tələblərin 90 faizinə əməl olunmur. Yəni nəzarət zəifdir, istehlakçı nəzarəti də zəifdir”. 

O dönər yeyənlərə məsləhət də verib:

“İstehlakçılara tövsiyyə edərdim ki, dönərxanalara gedəndə təhlükəsiz dönər almaq istəyirlərsə, adını çəkdiyim şirkətlərin sertifikatlarını tələb etsinlər. O müəssisədən gələn dönərlər xüsusi yeşiklərə qablaşdırılır. Buraxılma tarixi və son yararlı olma müddəti göstərilir. Əgər hansısa problemlə üzləşsələr, 1003 telefon xətti ilə AQTA-ya müraciət edə bilərlər”. 

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •